Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
14:56
6406
`Tupoy`a görə danışanlar, `it balası`na görə susurlar - VİDEO

Azərbaycan televiziyalarında daim hansısa verilişdə etikadan və mənəviyyatdan kənar hərəkətlər, ya da ifadələr işlədildiyinin şahidi oluruq. Bu barədə bəzən ictimaiyyət tərəfindən qınaqlar səsləndirilsə də, əksərən diqqət yetirilmir. Hətta aidiyyatı qurum - Milli Televiziya və Radio Şurası (MTRŞ) da susur.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov 2017-ci ilin oktyabr ayında verdiyi açıqlamasında bildirmişdi ki, efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər bütün istiqamətlərdə, o cümlədən reklam mətnlərinin izlənilməsi ilə bağlı davam etdirilir və müvafiq arayışlar hazırlanır.

O qeyd etmişdi ki, ATV telekanalının efirində yayımlanan "ATV+”un reklam çarxında efir mədəniyyətinə və ədəbi dil normalarına zidd, bayağı və küçə danışıq tərzindən, təhqiramiz ifadələrdən istifadə olunması diqqət çəkir. 

Oxucular yəqin ki, xatırlayır, söhbət, Şəminin Fəlakətə dediyi, "Ayə, ayə, ay tupoy, sən hara qaçırsan?” sözündən gedir.

Reklamın daha sonra yayımlanan hissəsində isə bu ifadə yığışdırılmışdı.

Amma gəlin görək, indi mənzərə necədir.

Uzun müddətdir ATV telekanalında yayımlanan "O gecə" serialında işlədilən bayağı küçə ifadələrinə nədənsə göz yumulur. Ola bilsin, film çəkənlər desinlər ki, "eşitmək istəmirsiniz, baxmayın." Onsuz da baxmırıq, amma baxanlar olduqda eşidirik və unutmaq olmaz ki, televiziyalar xalqın mədəniyyətinin göstəricisidir. Və nəzərə almaq lazımdır ki, serialın yayımlandığı vaxt uşaqların yatdığı deyil, evdə o yan bu yana qaçdığı zamandır. Əgər o uşaq televiziyadan, "ay it balası", "köpəyin qızı", "köpəyin oğlu" kimi sözlər eşidirsə, niyə o sözü sabah metroda, avtobusda, məktəbdə işlətməsin?

Efirdə ədəbi dil normaları ilə bağlı monitorinqlər aparılırsa və müvafiq hesabatlar hazırlanırsa, niyə aylardır biz evlərimizdə "it balası" söyüşünü eşidirik?

Bəlkə "it balası" artıq ədəbi dil normalarımza daxil edilib, bizim xəbərimiz yoxdur?

Elə deyilmi, cənab Nuşirəvan Məhərrəmov? 

Aqil Mehdi

Məqalədə : serial televiziya 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda yeni dövlət idarəsi yaradılır

16

Oktyabr
16:47
SİYASƏT
106

Ən faydalı quru meyvələrin adları açıqlanıb

16

Oktyabr
16:06
AİLƏ, SAĞLAMLIQ
178

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
329

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
282

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
103

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
73

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
105

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
82
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-10-2019 04:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru