Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

22 May

2019
10:07
1334
ABŞ S-400-dən imtina üçün Türkiyəyə 2 həftə vaxt verdi

ABŞ S-400-dən imtina üçün Türkiyəyə 2 həftə vaxt verdi. Birləşmiş Ştatlar Rusiya istehsalı Havadan Müdafiə Sisteminin əvəzinə özlərinin Patriotunu təklif edir. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə CNBC kanalı öz mənbələrinə istinadla xəbər verib.

Məlumatda deyilir ki, S-400 alma istəyindən imtina esilməyəcəyi təqdirdə Türkiyə sanksiyalarla qarşılaşacaq. İddiaya görə, saziş ləğv olunmazsa Türkiyə F-35 proqramından çıxarılacaq, Ankaranın  sifariş etdiyi 100 vahid  F-35 təslim edilməyəcək, ABŞ sanksiya tətbiq edəcək və NATO sərt reaksiya verəcək.

«S-400 təslimatı başa çatarsa Türkiyənin həqiqi və mənfi  nəticələrlə qarşılaşacağını vurğulayarıq», - deyə CNBC-yə mənbədən bildirilib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu  ötən ay  «Vaşinqtonun narahatlığını nəzərə alsalar belə, Ankaranın S-400 almaqdan imtina etmədiyini, sistemin  ilk hissələrinin iyun, ya iyul aylarında ölkəyə gətiriləcəyini bildirmişdi.

Məqalədə : s-400 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1192

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1359

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1812

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1110

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1459

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1193

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1803
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 23:02



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru