Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
19:53
317
Əflatun Amaşov jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib. 

Ə.Amaşov Fuad Abbasovun tanınmış jurnalist olduğunu qeyd edib. 

O xatırladıb ki, tanınmış jurnalist Fuad Abbasov mayın 16-da Moskvada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb: "Onun mayın 28-də Azərbaycana deportasiya olunması gözlənilir. Məlum olduğu kimi, F.Abbasov miqrasiya qanunvericiliyini pozmaqda təqsirli bilinir. Fuad Abbasov tanınmış jurnalistdir. Özünün mövqeyində hər zaman ardıcıllığı ilə fərqlənir. Azərbaycan həqiqətlərinin Rusiya ictimaiyyətinə çatdırılmasında yaxından iştirak edir. Xüsusən də jurnalist kimi Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyir. Belə bir adamın bu cür vəziyyətlə üzləşməsi bizi ciddi şəkildə narahat etməkdədir".

"Biz onun vəkili Elman Paşayevlə əlaqə saxlayırıq. Onun bildirdiyinə görə, jurnalistə qarşı fiziki təzyiq də göstərilib. Görünür, jurnalistlə bağlı müəyyən maraqlı qüvvələr var. Bu hal da narahatlıq və təəssüf doğurur. Ümumən durumu Rusiyanın jurnalist təşkilatları ilə də daim müzakirə edirik. Baxmayaraq ki, F.Abbasovun deportasiyası barədə qərar verilib, inanırıq ki, yekunda məsələ ədalətli həllini tapacaq" - MŞ-nın sədri bildirib./Report

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1201

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1368

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1819

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1116

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1464

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1199

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1815
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 03:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru