Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
18:45
Azərbaycanda hava limanı və idman kompleksləri icarəyə verilsin - TƏKLİF

"Azərbaycanda hava limanları, idman kompleksləri tikilir, hətta elə möhtəşəm komplekslər var ki, xaricdə beləsi yoxdur". Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsində millət vəkili Rüfət Quliyev deyib. Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif edib.

“Düşünürəm ki, Lənkəran hava limanını Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif olunsa, ya hamısını ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilərlər”, - deyə R.Quliyev əlavə edib.

Cəmiyyətdə bəzi iqtisadi suallara cavab tapılması üçün deputat ekspertlərin televiziyalara çıxmasını təklif edib: “15 ildir deputatam, 15 ildir də deyirəm. Danışanda da deyirik ki, TV-lərin bəziləri kommersiyadır, şəxsidir. Lakin onlara təkliflər olarsa onlar da geri addım atmaz. İqtisadi bloklarada ekspertlər çıxış etsinlər, sualları cavablandırsınlar. Son 2-3 ayda elmi dərəcəsini necə aldığı məlum olmayan şəxslər efirə çıxıb ağzına gələni danışırlar. Bu gün sual veriləndə ki, islahatlar effektini göstərir? Deyirəm, bəli, başlayıb. İqtisadiyyatda dəyişikliklər effektini 6 aya, 1 ilə göstərir. Ekspertlər efirə çıxsalar insanların suallarını cavablandırarlar. 10 gündən bir çıxışlar olsun, suallar cavablandırılısın. Televiziyalara baxanlar çoxdur”./ Fins.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Yanvarın 29-na manatın məzənnəsi

28

Yanvar
17:35
İQTİSADİYYAT
195

Rusiyanın Liviya planı: 5+5

28

Yanvar
16:19
DÜNYA
346

Putin Vahid Ələkbərovla görüşəcək

28

Yanvar
15:54
DÜNYA
245

Bakıda torpağın qiyməti bahalaşıb

28

Yanvar
15:50
İQTİSADİYYAT
343

Xəzərdə gəmi batdı, 4 balıqçı xilas edildi

28

Yanvar
15:40
HÜQUQ,HADİSƏ
259

Su sayğaclarını oğurlayanlar ələ keçib

28

Yanvar
15:28
HÜQUQ,HADİSƏ
257

Bakıda uşaq 8 ədəd maqnit udub - FOTO

28

Yanvar
14:37
HÜQUQ,HADİSƏ
246

Qətər baş naziri istefa verib

28

Yanvar
14:27
DÜNYA
261
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


28-01-2020 22:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru