Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
15:49
586
`Turan` agentliyinin əməkdaşına akkreditasiya qadağası qoyulub

Mayın 29-da Avropa Liqasının "Arsenal" və "Çelsi" klubları arasında final maçını işıqlandırmaq üçün UEFA-dan akkreditasiya alan “Turan” İnformasiya Agentliyinin fotomüxbiri Əziz Kərimova Azərbaycan hakimiyyəti qadağa tətbiq edib.

Belə ki, UEFA mayın 15-də rəsmi bildiriş göndərərək, Kərimova akkreditasiya verib. Amma mayın 18-də onlar səbəbini izah etmədən, Kərimova imtina cavabı göndəriblər. Elə həmin gün Kərimov UEFA-ya imtina cavabının səbəbini izah etmək xahişi ilə sorğu göndərib. UEFA cavab vermişdi ki, hüquq-mühafizə və yerli hakimiyyət orqanları Kərimova akkreditasiya etməsindən imtina ediblər.

Məlumatda bildirilir ki, 2019-cu ilin aprelində "Formula-1" Azərbaycan Qran-pri keçirildiyi zaman da, demək olar ki, belə bir vəziyyət olub. “Baku City Circuit” əməliyyat şirkəti “Turan” Agentliyini bu yarışlarda akkreditasiya etməkdən imtina edib, baxmayaraq ki, "Formula-1"dən akkreditasiya var idi.

“Baku City Circuit”-in marketinq və kommunikasiyalar şöbəsinin rəhbəri Nigar Arpadarai imtinanın səbəbləri haqqında sorğusunu cavabsız qoyub.

Əməliyyat şirkətinin əməkdaşları şəxsi söhbətlərdə qadağanın hüquq-mühafizə orqanları tərəfindən qoyulduğunu bildiriblər. (contact.az)

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
32

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
866

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1720

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1030

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2162

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2860

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
136

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
835
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 09:39



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru