Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
14:27
235
Daşkəsəndə qasırğa və leysan ciddi fəsadlar törədib - FOTO

Daşkəsən rayonu ərazisində mayın 19-da baş vermiş dolu və leysan yağışla müşayiət olunan qasırğa nəticəsində bina və evlərə, rabitə və yaşıllaşdırma təsərrüfatına ziyan dəyib.

Güclü külək Daşkəsən rayonunun qəsəbə və kəndlərində yaşayış, sosial və inzibati binalarının dam örtüklərini, elektrik şəbəkəsinin çoxsaylı dirəklərini və naqillərini yararsız hala salıb.

Qərb Regional Hidrometeorologiya Mərkəzinin direktorunun Daşkəsən Rayon İcra Hakimiyyətinə verdiyi arayışa əsasən, 19.05.2019-cu il tarixdə rayon ərazisində saat 20-10 radələrindən başlayan küləyin maksimal sürəti 20-30 m/san olub.

Təbii fəlakət nəticəsində Daşkəsən şəhər S.Vurğun, Tofiq İsmayılov, Nizami və Xətai küçələrində yaşayış binalarının dam örtüklərinə ziyan dəyib. Güclü külək Daşkəsən şəhərində xeyli sayda ağacı kökündən aşırıb.

Daşkəsən Rayon İcra Hakimiyyətində dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə komissiya tərəfindən müvafiq işlər aparılır. Ziyanın nəticələrini aradan qaldırmaq və təhlükəsizlik tədbirləri görülməsi üçün aidiyyəti üzrə qurumlar həmin işlərə cəlb olunub. Rayonun daxili imkanları hesabına dəymiş ziyanın aradan qaldırılması üçün bərpa işləri aparılır.

Hazırda rayon ərazisində yağışlı hava şəraiti davam edir.

Məqalədə : qasırğa 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1201

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1369

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1820

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1117

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1465

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1199

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1815
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 04:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru