Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
12:41
283
Bu rüsumlar artırılır - SİYAHI

Miqrasiya Məcəlləsi və “Dövlət rüsumu haqqında” qanun layihələrinə dəyişikliklər edilməsi təklif edilir.

Qanun layihələrinə edilən dəyişikliyin mahiyyəti  nisbətən daha artıq miqdarda dövlət rüsumu ödəməklə bu sənədlərin daha qısa müddətlərdə verilməsi imkanını nəzərdə tutur. 

Belə ki, layihədə , fərqli rüsumlar əsasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin 15 və 20 günə, daimi yaşamaq üçün icazə vəsiqələri 35, 40, 50 və 60 günə, müvəqqəti olma müddətinin uzadılması barədə qərar 1 və 3 günə , əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsinin 10, 15, 20 gün müddətində verilməsi təklif olunur.  Qanun layihəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə xidmətin keyfiyyətinin artırılmasına  və onun rüsumlar əsasında tənzimlənməsinə imkan yaradır.

Belə ki, qanunun 14.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində  müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə  və müddətinin uzadılmasına görə  15 iş günü müddətində verildikdə 3 ayadək rüsumun 30 manatdan 40 manatadək artırılması təklif olunur.  6 ayadək rüsumun 60 manatdan 80 manatadək,  1 ilədək rüsumun 120 manatdan 160 manata,  1 il 6 ayadək rüsumun 180 manatdan 240 manatadək,  2 ilədək rüsumun 240 manatdan 320 manat,  2 il 6 ayadək olan rüsumun 300 manatdan 400 manata,  3 ilədək rüsumun 360 manatdan  480 manatadək qaldırılması təklif edilir. 

 Həmçinin yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə də rüsumların artırılması təklif edilir. Belə ki, 3 ayadək olan rüsum 15 iş günü müddətində verildikdə 15 manatdan  25 manata, 6 ayadək 30 manatdan 50 manat,  1 ilədək 60 manatdan 100 manata,  1 il 6 ayadək  90 manatdan  150 manata,  2 ilədək 120 manatdan 200 manata,  2 il 6 ayadək 150 manatdan 250 manata,  3 ilədək olan rüsum isə 180 səviyyəsində saxlanılır.  

Bundan əlavə, Azərbaycanın ali və orta ixtisas təhsili müəssisələrində  əyani formada təhsil alan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsinə və müddətinin uzadılmasına görə də rüsumların artırılması təklif olunur.  Belə ki,  1 illik  rüsum 15 iş günü müddətində verildikdə  40 manatdan 60 manata,  2 illik rüsum 80 manatdan 120 manata da qədər artırılır. 

Yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsinin  verilməsinə və müddətinin uzadılmasına görə 150 manat idi. İndi isə yeni təklif olunan redaksiyaya əsasən  35 gün müddətində verildikdə və ya  müddəti uzadıldıqda 450 manat,  40 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda 400 manat, 50 gün müddətində verildikdə və ya müddəti uzadıldıqda 350 manat olması təklif edilir. 

Həmçinin yetkinlik yaşına çatmış əcnəbilərə və vətəndaşlığı olamayan  şəxslərə  ölkədə müvəqqəti olma müddətinin uzadılması barədə qərarın verilməsinə  görə 30 günədək  olan rüsum  1 iş günü müddətində verildikdə 50 manat  olması təklif edilir. 60 günədək olan rüsumun isə 60 manatdan 100 manata qaldırılması təklif edilir. 

Yetkinlik yaşına çatmayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ölkədə müvəqqəti olma müddətinin  uzadılması barədə qərarın verilməsinə görə  30 günədək 3 iş günü müddətində olduqda 15 manatdan 30 manata, 60 günədək olduqda 30 manatdan 60 manata qaldırılması təklif edilir. 

Bundan əlavə, Azərbaycan ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün  əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin  verilməsinə və müddətinin uzadılmasına görə 3 ayadək olan 350 manat məbləğ 10 iş günü müddətində verildikdə 700 manat, 6 ayadək olduqda 600 manatdan  900 manata,  1 ilədək 1000 manatdan  1400 manata qaldırılması təklif edilir. 

Məqalədə : rüsum 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1199

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1366

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1817

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1113

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1462

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1197

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1813
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 02:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru