Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
12:13
310
Komitə rəsmisi: `4 oğlu olan valideyn Qocalar evində yaşayır`

"Ailədə, cəmiyyətdə qıza və qadına üstünlük verilməlidir. Qadın "Üçüncü uşaq da qız doğulsa, evə gəlmə" qorxusu altında yaşamamalıdır".

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova media nümayəndələrinin gender həssaslığının artırılması və gender əsaslı cins seçimi mövzusu üzrə praktik seminarda çıxışı zamanı deyib. A.Veysəlova deyib ki, qadın hamilə olarkən psixoloji problemləri yaşamamalıdır: 

"Qayınana da qadındır və niyə gəlini qız uşağını dünyaya gətirməməyə məcbur etməlidir? Ailədə və cəmiyyətdə "oğlan ailənin dayağıdır, valideynlərinin qayğısına qalır" stereotipləri pozulmalıdır. Təcrübədə də sübut edilib ki, 4 oğlu olan valideyn qocalar evində yaşayır. Bəzən mətbuatda "Gecə filan geyimdə, filan saçda olan qadın zorakılığa məruz qalıb" başlıqlı yazılar tirajlanır. Bu, düzgün deyil, bəlkə o, 3-cü növbədəki işdən gəlir. O an həmin qadın haqqında önyarğılı qərar verilməməlidir".

Komitə rəsmisi eyni zamanda deyib ki, Azərbaycanda cins balansı pozulur: "Əgər 2017-ci ildə Azərbaycanda hər 100 qız uşağına qarşı 114 oğlan dogulurdusa, 2018-ci ildə hər 100 qıza qarşı 118 oğlan doğulur. Ölkədə qız uşağının azalması ilə bağlı həyəcan təbili çalınır. Ailədə qızların sayının azalmasının ailə institutuna mənfi təsirini müşahidə edirik. Söhbət ondan getmir ki, ailədə oğlan uşağı doğulmasın. Məsələ odur ki, cəmiyyətdə qızlara dəyər verilsin. Qadin üçüncü uşağı qız doğulacağı təqdirdə xəstəxanadan evə gəlmə orxusu altında yaşamamalıdır. Tək uşağın cinsiyyəti barədə psixoloji problemi yaşamasın. Bu gün selektiv abortlar nəticəsində qadınların xərçəngə yoluxma riski artır. Sonradan doğulan oğlan uşaqları da qüsurlarla doğulur. Stereotiplər qırılmalıdır ki, problemlər həll olunsun". (modern.az)

Məqalədə : qocalar evi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Robert Köçəryan yenidən həbs olundu

25

İyun
16:13
DÜNYA
3439

FHN-dən sürücülərə müraciət - VİDEO

25

İyun
15:17
NƏQLİYYAT
1640

Şagird yerdəyişməsi elektronlaşdırılır

25

İyun
15:07
ELM / TƏHSİL
2781

Ukrayna heyəti AŞPA-nı tərk edib

25

İyun
14:54
DÜNYA
1092
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-06-2019 21:59



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru