Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
11:42
2068
Bakıda bütün məktəb direktorları üçün təcili iclas

Paytaxtın ümumi təhsil müəssisələri direktorlarının iştirakı ilə müşavirə keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) təşkilatçılığı ilə keçirilən müşavirədə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi, məktəblərin fəaliyyətində səmərəliliyin artırılması üçün sistemli işin aparılması və təhsil müəssisələrinin idarəetmə məsələlərindən bəhs olunub.

Müşavirədə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin struktur bölmə rəhbərləri və ümumi təhsil müəssisələrinin direktorları iştirak ediblər.

İdarə müdiri müşavirə iştirakçılarını salamlayaraq, Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin təmin edilməsi üzrə əlavə tədbirlər barədə Fəaliyyət Planı”nda nəzərdə tutulmuş həlli vacib məsələlərdən və ümumi təhsil müəssisələrinin qarşısında duran prioritet istiqamətlərdən danışıb.

R.Tağıyev ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi,

xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində kompleks tədbirlərin həyata keçirilməsi, təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu,

xüsusi hallarda kommunikasiyanın təşkili barədə geniş məlumat verib. Həmçinin, təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, yeni layihələrin icrası, məktəblərin ictimai nüfuzunun artırılması və digər müvafiq məsələlərə də toxunub.

Təhsilin bütün meyarlar üzrə müasir tələblər səviyyəsinə qaldırılmasının və səmərəli idarəetmənin rolunun artırılmasının əsas hədəflərdən biri olduğunu xatırladan idarə müdiri məktəb direktorlarının üzərlərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacib olduğunu vurğulayıb.

Görüşdə məktəblərin idarəetməsi, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri, təhsil müəssisələrinin qarşılaşdığı problemlər, müəllim-şagird və müəllim-valideyn münasibətlərinin tənzimlənməsi, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması kimi məsələlər də müzakirə olunub, məktəb direktorlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran məsələlərə aydınlıq gətirilib və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə : Bakı məktəb direktor 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sürücünün təhqir etdiyi polis işdən çıxarıldı

20

Sentyabr
16:35
HÜQUQ,HADİSƏ
314

Günün qarşılaşmaları TV AFİŞA

20

Sentyabr
15:57
İDMAN
247

Bu il 150 milyondan çox sərnişin daşınıb

20

Sentyabr
15:56
NƏQLİYYAT
177

ABŞ kubalı diplomatları ölkədən qovur

20

Sentyabr
14:54
DÜNYA
166

Yol polisi ilə sürücü əlbəyaxa oldular - VİDEO

20

Sentyabr
14:15
HÜQUQ,HADİSƏ
399

"Huawei Mate 30"smartfonu nümayiş olunub - VİDEO

20

Sentyabr
12:39
MARAQLIDIR
315

Naxçıvanda KİVDF yaradıldı

20

Sentyabr
12:25
ÖLKƏ
250

Şəmkirdə ağır yol qəzası baş verib

20

Sentyabr
12:12
HÜQUQ,HADİSƏ
197
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2019 02:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru