Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 May

2019
10:31
978
Şəki, Qax və Zaqatala sakinlərinin DİQQƏTİNƏ!

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) rəhbərliyi Şəki, Qax və Zaqatalada vətəndaşları qəbul edəcək.

Bu barədə Faktxeber.com-a komitədən bildirilib.

Məlumata görə, ƏMDK-nın sədri Kərəm Həsənov mayın 25-də Şəkidə rayon sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul saat 10:00-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Həmin gün Komitə sədrinin müavinləri Rafiq Cəlilov Qax rayonunda, Rüstəm Şahbazov isə Zaqatala rayonunda vətəndaşlarla görüşəcəklər. Qəbullar saat 10:00-da müvafiq olaraq Qax və Zaqatala şəhərlərində yerləşən Heydər Əliyev Mərkəzlərində keçiriləcək.

Qəbul zamanı komitənin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə fəaliyyət istiqaməti üzrə, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, torpaqların kadastrı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin [email protected] elektron ünvanına yaza və ya aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105), Əlaqədar şəxs: Samir Salıfov 050 800-50-65

Əmlak Məsələləri Dövlət Komitəsinin Şəki ərazi şöbəsi: (02424) 4-26-10, (02425) 5-43-83, (02422) 5-22-52;

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsi: (02424) 4-21-30;

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsi: (02425) 5-51-96, (02422) 4-00-63;

Məqalədə : Qax Şəki Zaqatala 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Rusiya gəmisi səhvən SOS siqnalı verib

22

Oktyabr
15:54
DÜNYA
44

Alma, çuğundur, kök qarışığının möcüzəvi faydası

22

Oktyabr
15:12
AİLƏ, SAĞLAMLIQ
311

İran səfirinin qızı Moskvada ölüb

22

Oktyabr
14:48
DÜNYA
141

Azərbaycanda yeni medal təsis edilib

22

Oktyabr
14:31
ÖLKƏ
63

Portağalın qiyməti bizdə niyə BAHADIR?

22

Oktyabr
14:01
İQTİSADİYYAT
128

MSK-ya yeni üzv təyin edilib

22

Oktyabr
12:53
ÖLKƏ
53
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 00:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru