
Tacikistanın Vəhdət şəhərində həbsxanada mayın 19-da baş verən qiyam zamanı 5 nəfərin başı kəsilib. Onlardan 3-ü - Səid Kiyomiddin Qozi, Səttor Kərimov (Mahsumi Sattor) və Səidmahdixon Səttarov (Şeyx Teymur) hökumətə müxalif din xadimləri olub.
FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə «Axbor» öz mənbələrinə istinadla xəbər verib.
Bildirilir ki, insanlar qiyamın təşkilatçıları tərəfindən məhbusları qorxutmaq üçün qətlə yetirilib.
Son məlumatlara görə qiyamın təşkilatçısı OMON-un keçmiş polkovnikinin oğlu və İŞİD-in «müharibə naziri» Gülmurod Xalimovun oğlu Bəhruz Gülmuroddur. Ona bu işdə Faxriddin Qulov, Mahmadullo Şaripov və Ruhullo Həsənov kömək edib.
Xatırladaq ki, mayın 19-da bıçaqla silahlanmış 3 məhbus cəzaçəkmə müəssisəsinin 3 əməkdaşına hücum edərək, onları öldürüb. Bundan sonra qiyamçılar cərimə təcridxanasında olan 8 İŞİD üzvünü azad ediblər. Sonra həbsxananın tibbi bölməsini yandıraraq, bir neçə məhbusu girov götürürlər və qaçmaq üçün müəssisənin əməkdaşlarına hücum edirlər.
Rəsmi məlumatlara görə, qiyamı yatırmaq üçün keçirilən əməliyyatda 29 məhbus öldürülüb və 35-i saxlanılıb. Lakin qeyri-rəsmi məlumatlarda ölənlərin sayı 50 göstərilir, da 30 nəfərin yaralandığı bildirilir.
Baş verənlərlə bağlı Tacikistan Baş Prokurorluğunda cinayət işi qaldırılıb və istintaqa başlanılıb.
Qeyd edək ki, bu, Tacitkistan həbsxanalarında son 7 ayda ikinci qiyamdır. 2018-ci ilin noyabrın 8-də Xoca koloniyasında qiyam zamanı rəsmi məlumatlara görə 23 nəfər həlak olmuşdu. Qeyri rəsmi məlumatlarda qurbanların sayı 50 nəfər göstərilirdi və bildirilirdi ki, daha 180 nəfər yaralanıb.
Hüquqmüdafiəçilər baş verənləri kütləvi qətliam adlandırmışdılar. Bunula əlaqədar bir sıra yüksək rütbəli məmur işdən azad edilmişdi.

Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
22
Aprel
Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
22
Aprel
Nazirlik koronavirusa qarşı evdə müalicə prosesinə aydınlıq gətirib
22
Aprel- 22-04-2021 15:57 Saudi WikiLeaks: "Səudiyyə hakimiyyəti müxalifətçilərin kütləvi oğurlanmasına göstəriş verib"
- 22-04-2021 15:40 İranın strateji zərbə PUA-sı ABŞ aviadaşıyıcısının üzərindən uçdu - VİDEO
- 22-04-2021 14:33 Almaniyalı deputat: “Azərbaycanın ərazi bütövlüyü şübhə altına alınmamalıdır”
- 22-04-2021 12:45 Lukaşenko Rusiyada
- 22-04-2021 12:32 Çin Putinin təklifini dəstəklədi
- 22-04-2021 11:45 ABŞ-ın Moskvadakı səfiri iqamətgahını camadanlarla tərk edib
- 22-04-2021 11:36 Yəmən Səudiyyənin hərbi bazasını PUA-larla vurdu
- 22-04-2021 10:38 ABŞ Konqresi Səudiyyəyə silah satışının məhdudlaşdırılmasını istəyib
- 22-04-2021 10:23 İsrail Suriyanı bombaladı
- 22-04-2021 10:12 Bu ölkələrdə “Pfizer” peyvəndinin yerinə insanlara su vurdular
- 22-04-2021 09:36 İran Nətənz nüvə obyektində müasir sentrifuqlar quraşdırıb
- 21-04-2021 16:15 İraqda İŞİD-çilər yaxalanıb
- 21-04-2021 15:40 Bəşər Əsəd növbəti dəfə prezidentliyə namizədliyini irəli sürüb
- 21-04-2021 14:43 Putin: "Cavabımız asimmetrik, sürətli və sərt olacaq"
- 21-04-2021 14:20 Türkiyə TIR-ları həftələrdir Rusiya sərhədindən buraxılmır
- 21-04-2021 11:55 Zelenski ehtiyatda olan hərbçilərin xidmətə çağırılması haqda qanun imzaladı
- 21-04-2021 11:32 Paşinyanın Syünik vilayətinə səfəri kütləvi etirazla qarşılanıb - VİDEO
- 21-04-2021 11:15 İran Vyanadakı iclasda şərt qoydu
- 21-04-2021 10:46 ABŞ-da polislər 16 yaşlı qaradərili qızı öldürdü
- 21-04-2021 10:30 ABŞ generalının etirafı: İranın PUA-ları havadakı üstünlüyümüzü əlimizdən alıb
- 21-04-2021 10:18 Dünya Bankı neftin builki qiyməti üzrə proqnozunu kəskin artırıb
- 21-04-2021 10:09 Avropa Super Liqası ləğv edildi
- 21-04-2021 09:44 Bayden ABŞ-da 51-ci ştat yaradır
- 21-04-2021 09:32 Zelenski Putini Donbasda görüşməyə çağırdı - VİDEO
- 20-04-2021 15:42 Türkiyə XİN-ə yeni sözçü təyin edilib