Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
17:58
264
Azərbaycanda yaradılmış snayper tüfənginin sınaqları keçirilib

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin (MSN) mühəndisləri tərəfindən yaradılmış ST-12.7 iriçaplı snayper tüfənginin ilkin atışları keçirilib.

Faktxeber.com bildirir ki, bu barədə “AzeriDefence”a müdafiə sənayesi nazirinin müşaviri Azad Məmmədov məlumat verilib.

A.Məmmədovun sözlərinə görə, ilk prototipi ADEX-2018 sərgisində nümayiş etdirilmiş 12.7×108 mm çaplı ST-12.7 snayper tüfəngi xüsusi təyinatlılar üçün nəzərdə tutulur. Silah kiçik qabariti və yüngül çəkisi ilə fərqlənir.

“ST-12.7 üçün 1600 metr atış məsafəsi nəzərdə tutulub. Sınaqlarda 1600 metrədək atışlar həyata keçirmişik və yüksək dəqiqlik əldə olunub. Tüfəng hazırda qiymətləndirmə sınaqlarındadır”, – deyə nazir müşaviri vurğulayıb.

A.Məmmədov bildirib ki, ST-12.7 snayper tüfəngi zəif təpməyə, yüksək dəqiqliyə və rahat erqonomikaya malikdir. Silahda yüksək effekktivliyə malik lülə ağız əyləci və yeni nişangah sistemi tətbiq olunub.

Məqalədə : snayper 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1199

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1366

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1817

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1113

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1462

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1197

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1813
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-06-2019 03:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru