Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
13:18
531
Gənclər üçün yeni iş imkanı

“Nar” mobil operatoru Azərbaycan Dillər Universitetinin Bakı Amerika Mərkəzi və “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin birgə təşəbbüsü ilə mayın 18-də keçirilən  “Karyera Günü və İş Yarmarkası”nda iştirak edib. 

Şirkətin mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumata görə, tədbir boyu ölkənin nüfuzlu şirkətlərinin nümayəndələri ilə bilavasitə ünsiyyət qurmaq imkanı əldə edən 200-dən çox tələbə və məzun, eyni zamanda “Azerfon” MMC-də (“Nar” ticarət nişanı) mövcud vakant iş yerləri haqqında məlumat alıblar. “Nar” satış, xüsusi müştərilər, biznesin təhlili üzrə mütəxəssis vakant vəzifələrinə sənəd qəbulu təşkil edib. Bundan başqa, mütəxəssislər tərəfindən aparılan təqdimatlar zamanı gənclərə böyük şirkətlərdə işləməyin üstünlükləri, əmək bazarının real və tələbkar yanları, karyera planlaşdırılması, düzgün rezyume hazırlanması və müsahibə mərhələsinə hazırlıqla bağlı faydalı məlumatlar ötürülüb.

Qeyd edək ki, gənclərə dəstək və iş imkanlarına çıxışın təmin edilməsi “Nar”ın korporativ sosial məsuliyyət (KSM) strategiyasında yer alan istiqamətlərdən biridir. “Nar”ın davamlı olaraq həyata keçirdiyi KSM layihələri haqqında ətraflı məlumatı nar.az saytından əldə etmək olar.

Məqalədə : gənclər iş imkanı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
512

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
371

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
392

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
431

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
462

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
437

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
1033

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
832
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-08-2019 00:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru