
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov Qüds və Qarabağda baş verən hadisələrə münasibətini bildirərək, işğalçı rejimlərin əməllərini sərt pisləyib və bütün müsəlmanları zülmə etiraz etməyə çağırıb.
FaktXəbər olaraq, M.Səmədovun fikirlərini oxuculara təqdim edirik:
“Sionist İsrail rejimi keçən əsrin ortalarından qəsb etdiyi müsəlman torpaqlarında işğalçılıq siyasətini davam etdirir. Qondarma dövlətin yaranmasının 70 illiyi və ABŞ prezidentinin şəxsi təşəbbüsü ilə bu imperialist dövlətin səfirliyinin Qüdsə köçürülməsinin elan edilməsi münasibətilə müsəlmanların müqəddəs məkanında keçirilən bayram qanlı olayla nəticələndi. Qəzza bölgəsində toplaşaraq öz əzəli torpaqlarını qəsbkarlardan müdafiə etməyə çalışan fələstinlilər zalım rejimin silahlıları tərəfindən atəşlə qarşılaşdılar. 60 nəfərin ölümü, 2500 nəfərin ağır yaralanması hadisəsi tarixə yazılan yeni bir qanlı səhifə oldu.
Müsəlmanların müqəddəs torpaqlarını, bu torpaqların maddi-mənəvi nemətlərini mənimsəyən, tarixini saxtalaşdırmağa çalışan İsrail və Ermənistan kimi qondarma dövlətləri, onların zalım, qaniçən, müsəlmanlara böyük soyqırım faciələrini yaşadan hakimiyyətlərini müdafiə edən, dəstəkləyən Amerika və onun əlaltıları heysiyyatımıza toxunmaqdan, mənəviyyatımıza təcavüz etməkdən çəkinmirlər.
Ermənistanın qəsbkar hakimiyyətinin Azərbaycana qarşı yeni işğalçılıq ritorikası, sionist İsrail rejiminin Suriyanın Qolan yüksəkliklərini mənimsəmə cəhdlərinin himayə olunması, məncə, imperialist dairələrin müsəlman torpaqlarının qəsbinə və müsəlmanların sıxışdırılaraq maddi-mənəvi sərvətlərinin ələ keçirilməsinə hesablanmış bir öhdəlik və plandır. Bütün bu addımlar isə dünyada nə sülhə, nə də inkişafa, tərəqqiyə xidmət edir. Belə planlar və onun icrasının bəşəriyyətə yeni müharibələr, daha kəskin bəlalar gətirəcəyi şəksizdir. Bu cəhdlər həm də xalqlar, dinlər arasında düşmənçilik toxumu səpməkdən başqa bir şey vəd etmir.
Hesab edirəm ki, müqəddəs saydığımız Qüdsə diqqət və onun təhlükəsizliyinin təminatı, müsəlman torpaqlarını işğalçı qütblərdən müdafiə və daim himayə etmək bəşəriyyətin sabitliyinə, davamlı sülhə böyük xidmətdir. Qüdsü, Qarabağı bu torpaqlarda insanlığa qarşı faciələr törətmiş bəşəri cinayətkarlara təslim etməmək, daim diqqətdə saxlamaqla müdafiə etmək hər bir müsəlmanın ilahi borcu, vəzifəsidir. Müsəlman torpaqlarının işğalına qarşı bir an belə susmaq olmaz. İslam ümmətinin hər bir övladının boynunda pak və müqəddəs vəzifələrdən biri Qüdsün, Qarabağın işğalına, baş verən cinayətlərə qəti etiraz səsini ucaltmaq, bu zülmün qarşısında dayanaraq onu aradan aparmaqdır. Qüdsün sionistlər tərəfindən qəsb edilməsi dünyanın ən böyük və dəhşətli işğal tarixinin başlanğıcıdır. Ona görə də bu müqəddəs məkanın azad edilməsi ümumi İslam məmləkətlərinin müstəqil, azad yaşamalarını, müstəqil siyasətlərini simvolizə edir. Bu mənada Qüdsün azad oluması bütün müsəlman torpaqlarının azadlığı, müstəqilliyi deməkdir".

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
14-03-2020 16:34 AİP sədri Mövsüm Səmədov Azərbaycan xalqını təbrik edib
13-02-2020 15:05 AİP lideri Mövsüm Səmədov xalqımızı təbrik edib
06-02-2020 16:25 AİP lideri Mövsüm Səmədov keçiriləcək seçki barədə açıqlama verib
14-01-2020 14:01 AİP sədri Mövsüm Səmədov: Qarabağ müharibəsində Süleymani ordumuza kömək edib
02-01-2020 12:13 AİP Hacı Mövsüm Səmədova azadlıq tələb etdi
- 25-06-2020 09:50 Kərəm Həsənovun kadrları işdən çıxarıldı - SİYAHI
- 23-06-2020 17:45 "Düşmənə qarşı hamılıqla səfərbər olmalıyıq" - Hacı Mövsüm Səmədov
- 19-06-2020 13:42 Vəzifəli və hüquqi şəxslərlə bağlı yükək məbləğdə yeni cərimələr müəyyən edilir
- 19-06-2020 12:20 Samir Şərifov deputatı sərt tənqid etdi
- 19-06-2020 11:58 Dövlət büdcəsinin icrası son oxunuşda təsdiq edildi
- 19-06-2020 11:49 Millət vəkili 190 manatın iyun və iyul aylarında da verilməsini təklif edib
- 19-06-2020 09:32 Bu gün Milli Məclisin növbədənkənar iclası keçiriləcək
- 17-06-2020 15:07 İranlı nazir Şahin Mustafayevə zəng edib
- 17-06-2020 13:21 İran Azərbaycana təşəkkür etdi
- 16-06-2020 16:45 Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi məlum oldu
- 16-06-2020 16:05 H.Hacıyev Dağıstanda azərbaycanlılarla bağlı baş vermiş hadisəni şərh edib
- 12-06-2020 13:26 Dövlət büdcəsinin icrası təsdiq edildi
- 12-06-2020 09:07 Bu gün Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçiriləcək
- 11-06-2020 08:52 Sabah Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək
- 10-06-2020 17:42 M. Elmar : Azərbaycan İsrail-Fələstin münaqişəsinin iki dövlət prinsipi əsasında həllini dəstəkləyir
- 10-06-2020 14:44 Azərbaycan XİN bəyanat yayıb
- 10-06-2020 13:50 Azərbaycanla Türkmənistan arasında ikitərəli sənədlər təsdiqlənib
- 10-06-2020 12:04 Azərbaycan Yəmən xalqına yardım edib
- 09-06-2020 12:05 Milli Məclis iki yeni qanun layihəsinin müzakirəsini təxirə saldı
- 08-06-2020 13:31 Azərbaycanda bir qəsəbəyə şəhər, iki kəndə isə qəsəbə statusu verilir
- 08-06-2020 10:10 Babək rayonunun ərazi bölgüsündə dəyişiklik müzakirə ediləcək
- 05-06-2020 10:40 Mətbuat Şurası jurnalistlərə müraciət edib
- 05-06-2020 09:52 Bu gün növbədənkənar iclasda 4 məsələ müzakirə ediləcək
- 04-06-2020 09:34 Bu gün keçirilən iclasda bir neçə qanun layihəsini müzakirə ediləcək
- 02-06-2020 12:43 Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası təyin edilib