Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
13:18
1060
Aksiya keçirən jurnalistə Səhiyyə Nazirliyi cavab verib - VİDEO

"Teymur Kərimov iki ay əvvəl anasının müalicəsi ilə əlaqədar Səhiyyə Nazirliyinin Qəbul şöbəsinə müraciət edib və şöbə müdiri tərəfindən qəbul edilib. Onun anasına dövlət hesabına mümkün olan müalicə kursları yazılıb. Belə ki, xəstə,1963 -ci il təvəllüdlü Fiqurə Kərimova, 2019-cü il fevral ayından ET Hematologiya və Transfuziologiya institutunda çox saylı mielom, 3-cü B mərhələsi, xroniki böyrək çatışmazlığı diaqnozu ilə dispanser qeydiyyatına alınıb."

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumatda bildirilir.

Qeyd edilir ki, diaqnoz laborator qanın ümumi müayinəsi, biokimyəvi müayinələr, immunoloji testlər, sümük iliyinin müayinəsi, instrumental və klinik müayinələr əsasında qoyulub. Xəstəyə protokol üzrə VCD velkeyd, sikofosfan, deksametazon kursu aparılıb, bununla yanaşı xəstəyə bifosfonatlar, eritropoetin, eritrosit və trombosit kütləsi transfuziyaları aparılıb. Hal-hazırda xəstə ambulator müalicədədir.

Protokol üzrə xəstəyə 4 kurs ambulator müalicə aparılıb. Xəstə eləcə də xroniki böyrək çatışmazlığı ilə əlaqədar dializ müalicəsi alır.

Edilən müalicəyə baxmayaraq, xəstənin oğlu Teymur Kərimov nazirliyin mətbuat xidmətinə zəng edərək, xidmət əməkdaşlarından biri ilə telefon danışığını yazmasını və həmin yazını sosial şəbəkələrdə yayacağı ilə şantaj edib. Şənbə günü isə Nazirliyin qarşısında səs küy salaraq anasına edilən müalicələrin pullu olmasını iddia edib. Bu adamın Nazirliyə qarşı irəli sürdüyü ittihamlar tam əsassızdır və həqiqətə uyğun deyil. Xəstəyə aparılan müalicə kursları müasir protokollara uyğun olaraq aparılır.

Protokola daxil olan preparatlar innavasion dərman preparatlarıdır hədəf terapiyası İnstitut bu preparatlarla Onkohematoloji xəstələrə yardım Dövlət proqramının həyata keçirilməsi ilə tam təmin olunur. Onu da qeyd edək ki, Teymur Kərimovun anası və digər ailə üzvləri müayinə və müalicələrlə bağlı heç bir narazılıq bildirməyib. Hematologiya institutundan mətbuat xidmətinə bildiriblər ki, Fiqurə Kərimovanın müalicə kursları protokollara uyğun olaraq davam edir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
24

Dünya bazarlarında neft bahalaşıb

19

Avqust
10:33
ELM / TƏHSİL
1067

Bakıda yol polisinin iştirakı ilə zəncirvari QƏZA

19

Avqust
10:32
HÜQUQ,HADİSƏ
409

Xarici valyutaların manata qarşı məzənnələri

19

Avqust
09:38
İQTİSADİYYAT
62
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 13:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru