Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

20 May

2019
09:41
Rayon maşınlarının Bakıya girişi yenidən qadağan edilir

“UEFA” Avropa Liqasının final oyununun keçirilməsi ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən keçirilən tədbirlərə dair açıqlama yayıb.

FatXəbər-ə daxil olan açıqlamada xatırladılır ki, bu ilin may ayının 29-da Bakı şəhərinin Olimpiya Stadionunda UEFA Avropa Liqasının Arsenal-Çelsi futbol klublarının iştirakı ilə final oyunu keçiriləcək. 

Final oyununa tamaşa etmək üçün xarici dövlətlərdən Bakıya gələcək çox saylı qonaqların, azarkeşlərin və rəsmi şəxslərin nəqliyyat vasitələrinin sərbəst hərəkətinin təşkil olunması üçün Baş Dövlət Yol Polisi İdarəsi əlaqəli qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir: "Bununla əlaqədar Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə avtomobillərin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədi ilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlarımıza carı ilin may ayının 27-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslardan istifadə etməyi tövsiyə edirik. Sumqayıt sakinləri isə avtobuslarla yanaşı Bakı-Sumqayıt marşrutu üzrə fəaliyyət göstərən sürətli elektrik qatarlarından istifadə edə bilərlər.

Xatırladırıq ki, Bakı şəhərinin giriş hissələrində lazımi şəraitlə təchiz olunmuş və mühafizə olunan ödənişsiz duracaqlar fəaliyyət göstərir. Paytaxta fərdi minik avtomobilləri ilə gəlmək məcburiyyətində qalan şəxslər avtomobillərini həmin duracaqlarda saxlayaraq xüsusi marşrutla işləyən avtobuslarla ən yaxın metro stansiyasına gedə bilərlər.

Eyni zamanda paytaxt sakinlərindən həmin müddət ərzində fərdi nəqliyyat vasitələrdən mümkün qədər az istifadə etmələrini, xüsusilə Bakı şəhərinin mərkəzi hissəsinə yalnız ictimai nəqliyyat vasitələri ilə hərəkət etmələrini tövsiyə edirik".

Məqalədə : DYP 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Tramp impiçment istədi

06

Dekabr
11:43
DÜNYA
221

Atəşkəs rejimi 23 dəfə pozulub

06

Dekabr
10:15
HƏRB
191

ABŞ-da "Muhamməd" və "Aliyə" adları ilk 10-luqda

06

Dekabr
10:00
BÖLMƏNİ DÜZ SEÇ!
301
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 13:15



  (+994 55) 786-96-84

  [email protected]com

Valyuta.com

Рейтинг@Mail.ru