Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 May

2019
13:18
323
Rayonlarda kənd təsərrüfatı texnikası yarmarkası keçiriləcək - TARİXLƏR

Fermerləri kənd təsərrüfatı texnikası təchizatçıları və maliyyə qurumları ilə tanış etmək, eləcə də texnika satışı şərtləri barədə məlumatlandırmaq məqsədi Aqrar Kredit və İnkişaf Agentliyi 20 may – 15 iyun 2019-cu il tarixlərində ölkənin 6 rayonunda (Şəmkir, Bərdə, Şəki, Ucar, Quba, Masallı) texnika yarmarkaları keçirəcək.

İlk yarmarka mayın 20-də Şəmkirdə olacaq. Yarmarkada 20-dən artıq texnika təchizatçısı ilə yanaşı, banklar, lizinq və sığorta şirkətləri öz məhsullarını təsərrüfat sahiblərinə və fermerlərə təqdim edəcəklər.

“Məqsədimiz texnika təchizatçılarının ofis və bazalarına getmək, araşdırmaq imkanı olmayan kiçik və orta fermerləri təchizatçılar, onların təqdim etdikləri kənd təsərrüfatı texnikası və avadanlıqları ilə öz yaşadıqları regionda tanış edə bilməkdir. Fermerlərə dövlət güzəştlərindən faydalanmaqla texnika almaq qaydaları da yarmarkaya qatılacaq bank və lizinq təşkilatları tərəfindən ətraflı izah ediləcək” – texnika yarmarkalarının keçiriləcəyi səbəbini Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev belə izah edib.

  • Şəmkir: 20 - 21 may 
  • Bərdə: 23 - 24 may 
  • Şəki: 26 - 27 may 
  • Ucar: 30 - 31 may
  • Quba: 8 - 9 iyun 
  • Masallı: 14 - 15 iyun

Məqalədə : texnika yarmarkası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1439

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
410

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
159

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1159

Metroda təhlükəli anlar

14

İyun
21:02
HÜQUQ,HADİSƏ
949

Azərbaycan FIFA reytinqində gerilədi

14

İyun
19:27
İDMAN
2294

Bakıda 27 yaşlı gənc dənizdə batıb

14

İyun
19:00
HÜQUQ,HADİSƏ
996
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-06-2019 04:44



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru