Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
20:58
850
Avropa Şurası üzv dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir

Mayın 17-də Finlandiyanın paytaxtı Helsinki şəhərində Avropa Şurası Nazirlər Komitəsinin 129-cı sessiyası keçirilib. 

XİN-dən FktXəbər-ə verilən məlumata görə, Finlandiyanın Nazirlər Komitəsinə altı aylıq sədrliyinə yekun vuran toplantıda Azərbaycanı Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev təmsil edib.

Avropa Şurasının təsis edilməsinin 70-ci ildönümünün qeyd olunduğu bu Nazirlər sessiyasında təşkilatın üzləşdiyi təhdidlər, mümkün islahatlar və gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Toplantıda çıxış edən nazir müavini Mahmud Məmməd-Quliyev əvvəlcə Avropa Şurası ilə aparılan əməkdaşlığa toxunub və bir müddət öncə təsdiq olunmuş Avropa Şurasının Azərbaycan üzrə növbəti Fəaliyyət Planının icrasından bəhs edib.

O, bundan əlavə, Avropa qitəsində mövcud münaqişə zonalarına beynəlxalq təsisatların girişinə dair Azərbaycanın prinsipial mövqeyini xatırladıb və bu zonalarla bağlı mümkün fəaliyyətlərin öncədən legitim mərkəzi hakimiyyət dairələri ilə razılaşdırılmalı olduğunu bəyan edib. Nazir müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən davam edən hərbi işğalının nəticəsi olaraq yaranmış vəziyyətə istinad edib və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərləri Ermənistana qarşı” işi üzrə 2015-ci ildə çıxardığı önəmli hökmdə bu ölkənin Azərbaycanın işğal olunmuş əraziləri üzərində effektiv nəzarəti həyata keçirdiyi barədə gəldiyi qənaəti vurğulayıb.

Qeyd olunmalıdır ki, Avropa Şurası Nazirlər Komitəsi üzv dövlətlərindəki münaqişələri diqqətdən kənar qoymayıb. Belə ki, sessiyanın nəticəsi olaraq qəbul edilmiş siyasi bəyanatda Avropa qitəsinin bəzi hissələrinin məruz qaldığı qarşıdurma və davam edən münaqişələrə görə narahatlıq ifadə olunub və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, barışıq və siyasi həll üçün birgə səylərin göstərilməli olduğu açıqlanıb.

Daha önəmlisi isə üzv dövlətlərin hüquq və öhdəlikləri barədə müvafiq qərarda Avropa Şurası Nazirlər Komitəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlər çərçivəsində bütün üzv dövlətlərin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Helsinkidəki sessiyanın ardınca Finlandiyanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinə yekun vurulub və sədrlik növbəti altı ay üçün Fransaya keçib. 

Məqalədə : Avropa Şurası 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İyunun 19-na manatın məzənnəsi

18

İyun
19:18
İQTİSADİYYAT
1717

Ramil Usubovdan yeni TƏYİNAT

18

İyun
16:52
HÜQUQ,HADİSƏ
1025

Məktəb direktoru işdən çıxarıldı

18

İyun
15:48
ELM / TƏHSİL
2161

"WhatsApp"da yeni fırıldaqçılıq

18

İyun
15:41
MARAQLIDIR
2856

Hövsanda inşa edilən sosial evlər - VİDEO

18

İyun
15:22
İQTİSADİYYAT
131

Günün qarşılaşmaları TV AFİŞA

18

İyun
15:10
İDMAN
833

Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI

18

İyun
15:03
ARAŞDIRMA
4218

Azərbaycanda 2 yeni sığorta agentliyi yaradılıb

18

İyun
14:50
İQTİSADİYYAT
109
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 09:15



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru