Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
14:06
634
Bizim də Gürcüstanda xeyli müsəlman abidələrimiz var - Deputat

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında “Keşikçidağ”la məsələ qaldırılıb.

Deputat Tahir Kərimli deyib ki, Azərbaycan və Gürcüstan dövlətlərinin dostluğu daim davam etməlidir.

O qeyd edib ki, bu dostluq tarixi ənənəyə söykənir: “Bu, bizim üçün də önəmlidir, yolumuz Gürcüstandan keçir. Bizim suverenliyimiz daxilində gürcülərə imkan verdik, bir sıra gürcü xalqının nümayəndələri “pasxa” bayramını keçirirlər. Onlar isə “Keşikçidağ”da aksiya keçirərək Azərbaycanın dövlət müstəqliyi əleyhinə şüarlar səsləndirdilər. Qanunu ciddi şəkildə pozdular, bizi təhqir etdilər. Biz gürcü siyasi xadimlərinə izah etməliyik ki, bu nə məsələdir. Həmin abidə VI əsrdə tikilib, alman abidəsidir. XI, XII əsrdə qurucu Davidin və Tamaranın dövründə gürcü provaslav dininə aid olub, bu gün də gürcü ortodoksal kilsəsinə aiddir. Olsun, amma bizim də Gürcüstan ərazisində xeyli müsəlman abidələrimiz var. İddia etmirik ki, harada bizim abidəmiz varsa, ora bizim torpağımızdır. Bu məsələ ilə bağlı iki ölkə arasında komissiya fəaliyyət göstərir. Biz tarixən torpaqlarımızı Rusiyanın istəyi ilə Gürcüstana və Ermənistana paylamışıq, indi də “Keşikçidağ”da güzəştə getməməliyik. Dünyada 210-dan çox dövlət var, Azərbaycan dünyada yeganə dövlətdir ki, bütün sərhədləri keçmiş torpaqları ilə sərhəddir”.

Deputat Fərəc Quliyev də bu gərginliyin aradan qaldırılmasının zəruriliyini qeyd edib. O deyib ki, “Keşikçidağ” Azərbaycan ərazisidir.

Deputat Qənirə Paşayeva da həmin abidə “Keşiçkidağ” adlandırılmalıdır və o, Azərbaycana məxsusdur: “Tarixi abdilər bizim üçün çox həssasdır. İnanırıq ki, bu məsələ Azərbaycanın maraqları çərçivəsində həll ediləcək”.

Məqalədə : müsəlman abidələri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
204

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
934

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
152

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
302

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
175

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
227
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 02:30



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru