Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2019
10:34
377
Siyasilərin Avropa İttifaqı müzakirələri davam edir
Sərdar Cəlaloğlu: "Bakı heç vaxt bu sazişi imzalamayacaq"

ADP sədri Sərdar Cəlaloğlu Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında strateji tərəfdaşlıq sazişinin imzalanacağına inanmır. Bununla bağlı “Hürriyyət” qəzetinə açıqlama verən partiya sədri bildirib ki, rəsmi Bakı heç vaxt bu sazişi imzalamayacaq.

S.Cəlaloğlu fikirlərini bəzi arqumentlərlə əsaslandırıb. O hesab edir ki, insan haqları və demokratiya məsələsində Azərbaycan Avropa Birliyi ilə heç vaxt uyğun gələ bilməz. Bundan əlavə, ADP sədri bildirir ki, Azərbaycan Avropa Birliyinin Ombudsmanını öz idarəetmə sisteminə heç vaxt buraxmaz. Belə olan halda isə Aİ ilə rəsmi Bakının əməkdaşlığını mümkünsüz sayır.

YAP-çı deputat Aydın Mirzəzadə sazişin imzalanacağını əminliklə söylədi: “Burada bir variant ondan ibarətdir ki, Sərdar bəyin Avropa Birliyi ilə sıx əlaqəsi var və onlar Azərbaycanla bağlı bu cür məlumatları ona çatdırırlar. İkinci variant isə o ola bilər ki, Sərdar bəy gündəmdə qalmaq və bu cür orijinal yanaşması ilə diqqəti cəlb etmək istəyir. Mənim isə qənaətim ondan ibarətdir ki, hazırda Azərbaycanla Avropa İttifaqı arasında saziş ətrafında iş gedir. Tərəflər əks tərəfi qane edəcək variant üzərində işləyirlər. Saziş mütləq imzalanacaq. Çünki bu Azərbaycandan daha çox Avropaya lazımdır. Ölkəmiz bu gün müstəqil daxili və xarici siyasəti ilə öz güclü iqtisadiyyatını qura bilib. Azərbaycan bu gün Şərqlə Qərb arasında körpü rolunu oynayır. İnsan hüquqlarının  qorunduğu bir ölkə olaraq Azərbaycan nümunəvi müsəlman Şərq ölkəsidir. Azərbaycan inkişaf dinamikliyi ilə seçilən, dünyada ciddi əhəmiyyət verilən bir ölkə olduğu üçün ABŞ və Rusiyanın Baş Qərargah rəislərinin görüşdüyü bir məkandır. Avropa bununla öz dəyərlərini daha geniş coğrafiyada yaymasına və onun dəyərlərini bölüşən tərəfdaşını tapmasına nail olur. Azərbaycana da Avropa lazımdır. Dünyada sülhün, sabitliyin bərqərar olunmasında, daha çox ölkələrlə əməkdaşlıq etməkdə maraqlıyıq. Son Brüssel sammitində hər hansı bir sazişin imzalanması nəzərdə tutulmamışdı. Bununla bağlı müxalif qüvvələrin dedikləri həqiqətdən tamamilə uzaqdır. Saziş üzərində hələ ki iş gedir. Bu sazişin əsas məğzi Avropa Birliyi tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması olacaq. Bu saziş ölkəmizin maraqlarına tam cavab verəcək. Sərdar bəyin kənardan aldığı bədbin proqnozu bölüşmürəm”. ("Yeni Müsavat")

Məqalədə : Avropa İttifaqı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Zəvvarların ilk qrupu Vətənə dönüb - FOTO

21

Avqust
15:45
MƏNƏVİYYAT
261

Azərbaycan Çinlə birgə kombi istehsalına başladı

21

Avqust
15:31
İQTİSADİYYAT
139

Polis Balakəndə əməliyyat keçirib, saxlanılan var

21

Avqust
15:18
HÜQUQ,HADİSƏ
159

Bakıda yol qəzası - sıxlıq yarandı

21

Avqust
15:00
NƏQLİYYAT
187

Bakı bulvarında sadə çay verilmir - VİDEO

21

Avqust
14:36
ELM / TƏHSİL
229

Bakıda avtoservisdən “Niva” oğurlanıb

21

Avqust
12:28
HÜQUQ,HADİSƏ
171
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


22-08-2019 00:16



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru