Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
20:15
312
`Gürcüstanda məscid tikintisi ilə bağlı çətinliklər var`

“Gürcüstanda müstəqilik əldə olunan vaxtdan bu günə qədər məscidlərin sayı üç dəfə artıb. Lakin yenə də bir çox böyük məntəqələr və kəndlərdə ibadət evlərinə ciddi ehtiyac var”.

Bu barədə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri Hacı Ramin İgidov Gürcüstan parlamentində keçirilən dini məsələlər üzrə İşçi qrupun görüşündə bildirib.

Onun sözlərinə görə, bir çox hallarda məscidin tikilişi üçün Dini Məsələlər üzrə Dövlət Agentliyinə və yerli idarəetmə orqanlarına müraciət olunur: “Ancaq müsbət cavab ala bilmirik. Bir çox halda heç cavab belə verilmir, bəzən bəhanələr gətirilir və bəzən də onların səlahiyyətində olmadıqlarını bildirərək məsələnin həllindən yayınırlar. Hesab edirik ki, bu problemin həlli istiqamətində müəyyən tənzimləyici qayda və qanuna ehtiyac var”.

GMİ sədri deyib ki, dini məkanlar tikildiyi zaman yerli insanların ona ehtiyacı olub-olmaması araşdırılmalı, həmin məntəqədə sakin olan insanların dini və məzhəbi nəzərə alınmalıdır: “İbadət evi tikildiyində onu dəstəkləyənlər və məkanın ənənəvi və ya qeyri-ənənəvi qrup tərəfindən idarə olunacağı da diqqətdən kənarda saxlanılmamalıdır”.

İşçi qrupun görüşündə Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze, müxtəlif dini icmalar, QHT və hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak ediblər. (report)

Məqalədə : Gürcüstan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ölümlə burun-buruna - VİDEO

16

İyun
16:13
NƏQLİYYAT
2541

Boşanan qadınlardan DƏHŞƏTLİ ETİRAFLAR

16

İyun
15:25
AİLƏ, SAĞLAMLIQ
2364

Masallıda zəlzələ olub

16

İyun
10:51
ÖLKƏ
1788

Ələt-Şirvan dəmiryolu xəttində yanğın - VİDEO

15

İyun
14:27
HÜQUQ,HADİSƏ
1498

Azərbaycan neftinin qiyməti 64 dolları keçib

15

İyun
13:58
İQTİSADİYYAT
459

Sabahın hava proqnozu açıqlanıb

15

İyun
13:40
ÖLKƏ
260

Azərbaycan avtomobil idxalını 2,1 dəfə artırıb

15

İyun
10:00
İQTİSADİYYAT
1192
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 04:48



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru