Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 May

2019
16:30
691
Zərdüş Əlizadə ehtimal olunan ABŞ-İran müharibəsindən danışdı

Fars körfəzindəki gərginliyin səbəbi Amerikanın onun planlarına müqavimət göstərən sonuncu müsəlman dövlətini dağıtmaq niyyətindən irəli gəlir. Bütün müsəlman dövlətlərini – Sudanı, Tunisi, Liviyanı, Suriyanı, İraqı, Yəməni, bir sözlə hamısını dağıdıblar. İşğalı və dünya hegemonluğunu tanımayan bir İran qalıb. İranı da dağıtmaq istəyirlər. Bunun üçün böhtan söyləyirlər.

Bunu şərqşünas, politoloq Zərdüşt Əlizadə deyib.

İran ərazisində aparılacaq mümkün müharibədə Amerikanı Vyetnam müharibəsindəki məğlubiyyətdən betər məğlubiyyət gözləyir.

O qeyd edib ki, İranın nüvə proqramına nəzarət edilməsi ilə bağlı Tehranla BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan 5 ölkə (Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa) və Almaniya arasında 15 iyul 2015-ci ildə birgə fəaliyyət planı imzalanmışdı:

“Avropa da etiraf edir ki, İran bu planı tamamilə yerinə yetirir. Amma üzə dururlar, şərləyirlər və deyirlər ki, biz inanmırıq, ona görə də onu pozuruq. Hətta buna görə İrana sanksiya tətbiq edirlər. Bununla kifayətlənməyərək İrandan neft alan ölkələrə də cəza tədbirləri tətbiq etmək istəyirlər. İran da buna müqavimət göstərir və tabe olmayacaq. Hazırda ABŞ körfəzə qırıcı təyyarələr daşıyan “Linkoln” gəmisi göndərib, 120 min əsgər göndərməklə hədələyir. Bir iranlı general buna cavab olaraq deyib ki, ABŞ Silahlı Qüvvələri əvvəllər bizim üçün hədə idi, indi isə onlar bizim üçün hədəfdir. Yaxınlaşsalar, onların başına oyun gətirəcəyik. Yəni, bu təcavüzkar siyasətə son qoymaq lazımdır. Tramp dünyada sülh üçün böyük təhlükədir”.

Qeyd edək ki, “Nyu York Tayms” qəzeti ABŞ-ın İrana qarşı mümkün hərbi planları nəzərdən keçirdiyini yazıb. Qəzet yazır ki, əgər İran ABŞ qüvvələrinə hücum etsə və ya nüvə silahı üzərində işi tezləşdirsə Yaxın Şərqdə 120 min nəfərlik hərbi qüvvə yerləşdirilə bilər.

Z.Əlizadə isə bununla bağlı deyib ki, İran ərazisində aparılacaq mümkün müharibədə Amerikanı Vyetnam müharibəsindəki məğlubiyyətdən betər məğlubiyyət gözləyir:

“O ki qaldı hərbi planların hazırlanmasına… Bütün böyük dövlətlər mütəmadi olaraq başqa dövlətlərə qarşı hərbi planlar hazırlayırlar. Rusiya ABŞ-a, ABŞ Rusiyaya, Çin Rusiya və ABŞ-a qarşı belə planlar hazırlayır. Bir sözlə böyük dövlətlər hamısı bir-birinə qarşı bu cür planlar hazırlayır. Baş qərargahların, baş əməliyyat idarələri zabitlərinin işi-peşəsi, aldıqları maaşın bədəli odur ki, onlar mütəmadi olaraq əməliyyat planları hazırlasınlar. Burada qəribə heç nə yoxdur. O planları həyata keçirmək cəsarəti və ağlı olub-olmayacağı isə başqa məsələdir”.

“Yəni budəfəki gərginlik də hərbi əməliyyat planının həyata keçirilməsi ilə yekunlaşmayacaq?” sualını cavablandıran Z.Əlizadə deyib:

“Ola bilər ki, o cür yekunlaşsın. Tramp impiçmentlə üzləşdiyini, hakimiyyəti itirmək üzrə olduğunu görsə o zaman bəli, müharibəyə başlaya bilər. Çünki bir çox müharibələrin əsas səbəbi daxili səbəblərdir. Yuqoslaviya 1999-cu ildə nəyə görə bombalandı? Bill Klintonun Monika Levinski ilə biabırçılığı üzə çıxmışdı, ona görə də Yuqoslaviyanı dağıtdlılar. İndi də vəziyyət belədir”. (Teleqraf.com)

Məqalədə : İran ABŞ müharibə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
460

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
334

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
355

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
394

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
423

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
400

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
991

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
792
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 20:31



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru