Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
20:56
249
İlham Əliyev Bakıda iki sərgi ilə tanış olub - FOTO

Mayın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Qida Sənayesi - “WorldFood Azerbaijan” və XIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgiləri ilə tanış olub.

Kənd təsərrüfatı naziri İnam Kərimov və “Caspian Event Organisers” şirkətinin regional direktoru Edvard Straxan prezidentə sərgilərlə bağlı məlumat veriblər.

Bildirilib ki, dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 11 milli və regional qrupu bir araya gətirən builki sərginin ekspozisiya sahəsi ötən illə müqayisədə 20 faiz artıb. Artım iştirakçıların sayında da qeydə alınıb. “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərində Azərbaycanla yanaşı Litva, Rusiya, Sloveniya, Ukrayna, Xorvatiya və digər ölkələri təmsil edən şirkətlər də yer alır. Bu il İtaliya, Türkiyə və Şri-Lanka sərgidə milli stendlərlə çıxış edirlər. Ənənəvi olaraq, sərgidə Rusiyanın Başqırdıstan, Penza, Voronij, Vladimir, Kabarda-Balkar kimi regional qrupları da iştirak edir. Bu il sahəsi genişlənmiş Belarus Respublikasının milli stendinin ekspozisiyası iki zalda - ikinci və sərginin tarixində ilk dəfə açılmış üçüncü zalda təqdim olunur. Burada, eyni zamanda, qida sənayesi sahəsində fəaliyyət göstərən startaplar, mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Gürcüstan və Niderland Krallığı sərgidə milli qruplarla təmsil olunur.

Prezident İlham Əliyevə Aqrar Məşğulluğun Artırılması Layihəsi barədə məlumat verilib. Dövlət başçısı sərgidə “Azersun”, “Grow Group Azərbaycan”, CASE, “Grimme”, “Agro Dairy”, CLAAS, “John Deer”, “Rostselmaş”, “Cahan Tobacco”, “Lindsay”, “Geoflow”, METAK, GİLAN, İMAGRO, “Agronaft”, “Prior Leasing” şirkətlərinin, Gəncə avtomobil zavodunun, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının, Belarusun, İtaliyanın, Türkiyənin, Niderlandın, Gürcüstanın stendləri ilə tanış olub.

Məqalədə : sərgi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ağdaşda 1 tona yaxın narkotik məhv edildi

21

May
11:22
HÜQUQ,HADİSƏ
1744

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1568

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1743

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
73
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 11:37



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru