Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
18:41
1430
Məhbus daşıyan maşın qəzaya düşüb: 1 polis, 2 məhbus yaralanıb

Qaxda məhbus daşıyan maşın minik avtomobili ilə toqquşub. Hadisə Qax-Zaqatala yolunun Güllük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “Mercedes” markalı minik maşını ilə toqquşub. Nəticədə məhbus daşıyan maşında olan iki polis əməkdaşı xəsarət alıb. Onlar Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

ONA-nın Şəki-Zaqatala bürosunun verdiyi xəbərə görə, baş verən qəza nəticəsində məhbus daşıyan maşında olan şəxslər - polis əməkdaşı, 1988-ci il təvəllüdlü Anar İlham oğlu Alışov, məhbuslar - Balakən rayonu Talalar kənd sakini, 1987-ci il təvəllüdlü Asəf Mustafa oğlu Yolçuyev və Balakən rayonu Tülü kənd sakini, 1973-cü il təvəllüdlü Xalid Məcid oğlu Bayramov xəsarət alıblar.

Məqalədə : qəza 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1567

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1743

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
73

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
49
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 11:13



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru