Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
16:13
1118
`Sınmış` ürəyi yapışdıran gel icad olunub

Çindən və Birləşmiş Ştatlardan olan biokimyagərlər zədələnmiş damarları və hətta ürəkdə olan kəsikləri yarım dəqiqəyə yapışdıran xüsusi gel ixtira ediblər. FaktXeber.com-un verdiyi məlumata görə, sınaqların ilkin nəticələri Nature Communications jurnalında dərc olunub.

Bildirilir ki, döyünən ürəkdə qanaxmanı hələ bu qədər tez və effektiv dayandıran başqa bir üslub praktikada görülməyib.

«Donuzların ürəyini yapışdırdıqdan iki həftə sonra  keçirdiyimiz əməliyyatda geldə heç bir sızma və ciddi iltihab izinə rast gəlmədik», - deyə Çinin Çjetszyan Universitetindən Hongwei Ouyang bildirib.

Bu günə qədər cərrahlar və döyüş bölgəsində hərbçilər üçün ən böyük problem qanaxmanı dayandırmaq və yaranın yox olması üçün mövcud olan bütün üsulların çatışmazlığı idi. Məsələn, yaranın cərrahi  saplarla tikilməsi və sağalması çox vaxt tələb edir, yaraları yapışdırmaq üçün olan adi super kley isə çox toksik, yaxud kövrək olur. 

Yeni kəşf olunan üsulla bir neçə donuzda əməliyyat aparılıb: onların ürəyində 6 mm-lik  dəlik açılıb və sonra yapışdırılıb. Məlum olub ki, gel ürək əzələsinin səthinə yaxşı uyğunlaşır, 20 saniyəyə yapışır və bir neçə həftə – yeni hüceyrələr yaranana qədər öz möhkəmliyini qoruyur.

Alimlər bu gelin insan və heyvan orqanizmi üçün tam təhlükəsiz olduğunu vurğulayıblar, bildiriblər ki, onu təkcə  ürək, arteriya və başqa damarlarda deyil, adi yaralar üçün də istifadə etmək olar.

Məqalədə : ürək 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1556

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1732

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
69

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
43

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
108
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 10:34



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru