Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2019
11:48
5699
`OnePlus 7 Pro` smartfonu rəsmən təqdim edilib - VİDEO

Çinin “OnePlus” şirkəti “OnePlus 7 Pro” smartfonunu nümayiş etdirib. Yeni cihaz “QHD ” (HDR10 dəstəyi reallaşdırılıb, yeniləmə tezliyi 90 hersdir) təsvir ölçülü 6,67 düymlük AMOLED displey, irəli-geri çəkilən “selfi”-kamera və 48 meqapiksellik əsas obyektivlə təchiz edilib.

Aparatın displeyi 5-ci nəsil “Gorilla Glass” şüşəsi ilə qorunur, panelin təsvir ölçüsü 3120x1440 piksel təşkil edir. Ön kameranın təsvir ölçüsü 16 meqapikseldir. Şirkətdən bildirilib ki, irəli-geri çəkilən mexanizm ən azı 300 min dəfə açılıb-bağlanacaq. Daxili datçik kimi quraşdırılmış akselerometr smartfonun yerə düşməsini müəyyənləşdirən kimi, ön kamera avtomatik öz yerinə qayıdacaq.

“OnePlus 7 Pro” – Çin istehsalçısının üçqat kamera ilə təchiz edilmiş ilk smartfonudur. Əsas kamera 48 meqapiksellik “Sony IMX586” datçiki ilə təchiz edilib. Yeni “UltraShot” funksiyası 4 dəfə daha çox işıq əhatə etməyə imkan verir. Saniyədə 60 kadr sürətlə 4k formatında, həmçinin 1080p/240 k/s və 720p/480 k/s rejimlərində çarxların çəkiliş imkanı mövcuddur. Bundan başqa, cihaza 3 qat zum imkanına malik 8 mp-lik teleobyektiv və 16 mp-lik genişbucaqlı kamera quraşdırılıb.

“OnePlus 7 Pro” smartfonu 10 qat maye soyutma sisteminə malik “Qualcomm Snapdragon 855” prosessoru ilə təchiz edilib. Smartfona “UFS 3.0” standartına əsaslanan yüksəksürətli yaddaş modulu və “Warp Charge 30” sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumuna malik batareya quraşdırılıb. Qulaqlıqlar üçün 3,5 mm-lik audiogiriş nəzərdə tutulmayıb.

“OnePlus 7 Pro” smartfonunun standart modelinin (6 QB əməli yaddaş və 128 QB daxili yaddaş) qiyməti 670 dollar təşkil edir. 8/256 QB-lıq modelin qiyməti 700, 12/256-lıq modelin qiyməti isə 750 ABŞ dolları təşkil edəcək.

Məqalədə : OnePlus 7 Pro 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

18 oktyabr Dövlət Müstəqilliyi günüdür

18

Oktyabr
00:01
SİYASƏT
26

Azərbaycan əhalisinin sayı açıqlandı

17

Oktyabr
18:29
ÖLKƏ
123

Yanan avtomobili polis söndürdü - VİDEO

17

Oktyabr
16:42
HÜQUQ,HADİSƏ
82

Gəncədə doğuş zamanı körpə ölüb

17

Oktyabr
16:05
HÜQUQ,HADİSƏ
30

Facebook və Instagram çökdü

17

Oktyabr
15:40
DÜNYA
143

Bakıda minik avtomobilləri toqquşdu, ölən var

17

Oktyabr
15:10
HÜQUQ,HADİSƏ
49
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-10-2019 00:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru