Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
15:10
2075
Günahdan çəkinməyən şəxsin buraxdığı səhv

Allaha yaxınlaşmaq üçün əsas məsələ günahları tərk etməkdir. Müstəhəblər, təvəssüllər, dualar və digər məsələlər ikinci dərəcəlidir. Əsas məsələ budur ki, insan özünün günah və yanlış əməllərinə mane olsun. Bu, təqva tələb edir. Təqva və pəhrizkarlıq insanın qazanmalı olduğu ən mühüm, ən birinci şeydir. Günaha mane olan da odur. 

Günah icazə vermir ki, insan özünü, hətta ilahi bağışlanma sahilinə çatdırsın, ondan istifadə etsin. Günah qoymur ki, biz dua və diqqət əhval-ruhiyyəsi tapaq. Günah qoymur ki, biz özümüzə yenidən baxış keçirmək, özümüzü yenidən tərbiyə etmək fikrinə düşək. Çalışaq günahdan uzaq olaq. Bu, məsələnin birinci şərtidir.

Əlbəttə, günahlar müxtəlifdir. Müxtəlif fərdi və ictimai günahlar var. Əl, göz, dil və digər vasitələrlə meydana gələn günahlar. Ola bilər ki, müsəlman fərdlər üçün günah gizli qalmasın. Nəyin günah olduğunu bilirlər. Dua oxuyan, müstəhəb əməllər həyata keçirən, şəri vəzifəsini icra edən, amma bunlarla yanaşı günahdan çəkinməyən şəxs sanki soyuqladığı halda qızdırmalı vəziyyətdə həm soyuqdəymə dərmanı qəbul edir, həm də soyuqdəymə üçün ziyanlı yeməklər yeyir. Bu halda təbii ki, o dərmanların xeyri olmayacaq. Əgər xəstə adam ona ziyan olan yeməyi yesə, ona ziyan olan əməli etsə, qəbul etdiyi pereparatlar təsirsiz olacaq.

Rəhmət və ilahi mənəvi feyzdən istifadə üçün zəmin yaratmaq lazımdır və bu, günahı tərk etməklə mümkündür. Ona görə də Kümeyl duasında oxuyuruq ki, İmam Əli (ə) deyir: "İlahi,  dualarımın qarşısını alan günahlarımı bağışla!" Günahlar duanın qəbul olunmasına mane olur. Əbu Həmzə duasında isə, "İlahi! Mənimlə günahlarım arasında fasilə yarat", - deyə oxuyuruq.

İçində olduğumuz Ramazan ayı da günahlardan təmizlənmək üçün gözəl fürsətdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Azərsu" ASC-nin su boruları oğurlanıb

24

Avqust
14:23
ÖLKƏ
447

Günün qarşılaşmaları TV AFİŞA

24

Avqust
14:14
İDMAN
324

Hövsanda su çatışmazlığı: sakinlər etiraz edir

24

Avqust
14:10
HÜQUQ,HADİSƏ
346

Azərbaycan nefti ucuzlaşıb

24

Avqust
11:42
İQTİSADİYYAT
384

Xəzər dənizində zəlzələ olub

24

Avqust
10:33
HÜQUQ,HADİSƏ
412

Hirkan Milli Parkındakı yanğın tam söndürüldü

24

Avqust
10:10
HÜQUQ,HADİSƏ
391

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
978

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
779
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


25-08-2019 19:29



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru