Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 May

2019
12:42
949
Qarabağa görə Azərbaycan Avropanın sənədinə imza atmadı

Avropa İttifaqının "Şərq tərəfdaşlığı" təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb.

Faktxeber.com "European Council"a istinadən məlumat verir ki, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Mənbələr bildiriblər ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi.

Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb

Bundan əlavə bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan “ayrı-ayrı ölkələrin” Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
212

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
941

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
157

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
310

3 rayonda qaz təchizatı dayandırılıb

19

Avqust
15:03
ÖLKƏ
180

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
232
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-08-2019 03:17



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru