
Qüds İslam dünyasının ən böyük dəyər verdiyi işğal altında olan müqəddəs şəhərlərdən biridir. Qüds həm müsəlmanlar, həm xristianlar, həm də yəhudilər üçün müqəddəs sayılır. Köhnə Şəhərdə qala divarları ilə dövrələnmiş ərazidə üç səmavi dinin - İslam, xristian və yəhudi dinlərinin müqəddəs məbədləri yerləşir. Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır. Qüdsdә olan “Əl-Əqsa” məscidi müsәlmanların ilk qiblәsidir. Qüds müsәlmanlar üçün Məkkə vә Mədinədәn sonra üçüncü müqәddәs şәhәrdir. Müsəlmanlar üçün Qüds “Əl-Əqsa” məscidinin yerləşdiyi, xristianlar üçün İsa Peyğəmbərin (ə) son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim Peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman Peyğəmbərin (ə) sarayının olduğu, Davud Peyğəmbərin (ə) şöhrət qazandığı şəhərdir. Sionist rejim uzun illərdir on minlərlə fələstinlini qətlə yetirmək, öz yurdlarından didərgin salmaq və Qərbin göstərdiyi dəstək sayəsində Qüdsü işğalda saxlayır. İsrail rejimi Qüdsü işğal etməsinə səbəb kimi bu əraziləri əslində yəhudilərin vəd olunmuş torpağı hesab edir və fələstinlilərin bura sonradan gəlmə xalq kimi təqdim edir. Bəs görəsən tarixi sənədlər baxımından bu necədir?
Şəhərin ilk sakinləri kimlər olub?
Tövrat mənbəli rəvayətlərə görə, Həzrəti Nuh Peyğəmbər (ə) öz oğlu Hama bugünkü Qüds və ətrafını irs olaraq qoyub. Hamın oğlu Kənanın dövründən regiona ilk məskunlaşma başladığı üçün, Fələstin qədim ədəbiyyatlarda "Kənan diyarı" kimi də təqdim olunur. Qüdsün məlum olan ilk sakinləri Yəbusilərdir. Fələstin mənşəli bir xalq olan yəbusilər, Nuh peyğəmbərin (ə) oğlu Hamın soyundan gələn insanlardır. Qüds adı isə yaşayış məntəqəsi kimi ilk dəfə milladdan əvvəl 1400-cü ildə Misirin rəsmi sənədlərində öz əskini tapıb. Fələstin həmin vaxt fironların hakimiyyəti dövrünə təsüdüf etdiyi üçün Qüds əhəmiyyətli bir şəhər olub. Bu ərazidə Nuh Peyğəmbərin (ə) övladından sonra müxtəlif zamanlarda Davud (ə), Süleyman (ə) və Yəqub (ə) peyğəmbərlər və onların qövmləri yaşayıblar.
Qüdsə ilk yəhudi məskunlaşması
Tarix boyu Fələstin torpaqlarında ərəblərlə yanaşı xristian və yəhudilər də yaşayıblar. Bu ərazi peyğəmbərlərin övladlarından fələstinlilərə miras qalsa da, yəhudilər güc yolu ilə müqəddəs şəhəri özünküləşdirməyə cəhd edib. İlk dəfə Osmanlı İmperiyasının siyasi gücünü itirdiyi vaxt Qüdsə Qərb axını başlayıb. Siyasi sionizmin banisi qəbul edilən Teodor Herzldən əvvəl, 1836-cı ildə Qüdsü ziyarət edən yəhudi əsilli ingilis milyonçu Ser Moşe Montefiore, kənardan köç edəcək yəhudilər üçün şəhərdə sabit yaşayış sahəsi tikdirmək qərarına gəlib. Sonrakı illərdə dəfələrlə Qüdsə gələn və xanımı bir müddət Qüdsdə yaşayan Ser Montefiore, bütün sərvətini bu hədəf üçün xərcləyib. Siyasi sionizm, əsrin sonunda Fələstində bir yəhudi dövləti qurmaq üçün hərəkətə keçərkən Qüdsdə fəal bir yəhudi koloniyası çoxdan yaranmışdı. Avropalı milyonçu yəhudilər 1800-ci illdən Qüdsdə torpaq almağa başlamışdı. Ser Moşe Montefiore 1850-ci ildə nəhayət məqsədinə çatıb. Qüds Rum Ortodoksal Patriarxlığının mülkləri və ərazilərindən bir hissə, Ser Montefiore tərəfindən satın alınaraq yəhudilərə bağışlanıb. Qüds şəhər qala divarlarının qərbində yer alan Mişkenot Şaananim Məhəlləsi, 1860-cı ildə tamamlanıb və buraya xaricdən köç edən yəhudilər yerləşdirilib.
Qüdsə xarici diplomatların gəlişi
1800-cü ilin əvvəlində Osmanlı İmperiyasının başı Misir problemiylə qarışdığı vaxt Avropa ölkələri Fələstinə diplomatik yürüşə start vermişdi. İngiltərə 1838-ci ildə Qüdsdə konsulluq açaraq, Avropa qonşularını qabaqlayıb. İngilislər regionda daha fəal olub və bu vəziyyət Birinci Dünya Müharibəsindən sonra Fələstinin İngilis mandatı rəhbərliyinə daxil olması ilə nəticələnib. İngiltərədən sonra, Almaniya və Fransa da Fələstində diplomatik nümayəndəliklər açaraq, "Xristianların hüquqlarını qorumaq" yarışına daxil olub. Ən son isə Rusiya eyni məqsədlə Fələstin torpaqlarında fəaliyyət göstərməyə başlayıb.
İngilislər Fələstini ələ keçirdi
Birinci Dünya Müharibəsinin qurtarmasından sonra Osmanlı İmperiyasının Fələstini tərk etməsi rəsmiləşdi. 9 dekabr 1917-ci ildə ingilis komandir Edmund Allenbinin rəhbərlik etdiyi ordu Qüdsə daxil oldu. "Əl Xəlil Qapısı"ndan piyada qədim şəhərə addım atan Allenbi, Qüdsdəki İngilis hakimiyyətinə beləcə başlamış oldu. Fələstin üç il sonra rəsmən İngilis mandatının rəhbərliyi altına alındı. Beləliklə, Osmanlı İmperatorluğunun 400 illik Qüds hakimiyyəti 1917-ci ilin son həftələrində rəsmən başa çatdı. Fələstin İngilis İmperatorluğu tərəfindən rəsmən ələ keçirildi.
İsrail necə yarandı?
İngilislərin Fələstində hökmranlıq etməsi və yəhudilərə böyük imtiyazlar tanıması ərəblərlə yəhudilər arasında qarşıdurma və zorakılıq dalğasının əsasını qoymuşdu. Xüsusilə 1936-39-cu illərdə iki tərəfdən yüzlərlə insan həyatını itirmişdi. Fələstinə nəzarəti itirməyə başladığını fərq edən İngiltərə, sədri Lord Robert Peel olan komissiya yaradaraq bölgədəki gərginliyin səbəblərinə dair hesabat hazırladı. "Peel Komissiyası" 1937-ci ilin yayında dərc etdiyi hesabatında, Fələstin torpaqlarının ərəblərlə yəhudilər arasında bölünməsinin, Qüds və ətrafının isə neytral zona qalmasının ən doğru qərar olacağı vurğulandı. İngilislərin tələbi ilə BMT nəzdində yaradılan komissiya, Fələstin torpaqlarının ərəblər və yəhudilər arasında bölünməsini qərara aldı. Hazırlanan layihə, 29 noyabr 1947-ci ildə baş assambleyada səsverməyə çıxarıldı, 13 səsə qarşılıq 33 səslə qəbul edildi. Qüdsə beynəlxalq status verilməsini nəzərdə tutan layihə, fələstinlilərin böyük etirazı ilə qarşılandı. İngiltərə səsvermə zamanı "bitərəf qalsa da, ingilislərin Fələstin siyasəti Ərəb ictimaiyyətində hiddətə səbəb oldu. Yəhudi dövlətinin mərkəzinə gedən yol, beləcə addım-addım qət edildi və beynəlxalq ictimaiyyətin dəstəyi ilə sionistlərə İsraili qurmaq fürsəti tanındı.
BMT-də qəbul edilən qərardan sonra, Fələstin torpaqlarında qarşıdurmalar yenidən alovlanıb. Ərəblər öz imkanları ilə yaratdıqları silahlı qruplarla sionistlərə qarşı mübarizə aparmağa başladı. Sionistlər də ərəb kəndlərinə basqınlar təşkil etdi. 9 aprel 1948-ci ildə Qüds yaxınlığındakı Deyr Yasin kəndi sionist dəstələr tərəfindən basqına məruz qaldı və baş verən qətliamda 100-dən çox mülki vətəndaş həyatını itirdi. 14 May 1948-ci ildə isə İsrailin yaranması rəsmən elan edildi. Bəyannamə isə İsrailin ilk baş naziri David Ben Qurion tərəfindən oxundu.
İsraillə Ərəb ölkələrinin müharibəsi
İsrail yaranmasını elan etdikdən sonra Ərəb ölkələri kütləvi şəkildə buna qarşı çıxdı və sionist rejimə müharibə elan etdi. İordaniya, Misir, Səudiyyə Ərəbistanı, Suriya kimi ölkələr birgə hərəkət edərək İsrailə müharibə elan etdi. Ərəblər, öz aralarındakı rəqabət və dağınıqlığa görə uğur qazana bilmədi, İsrail isə varlığını rəsmən qəbul etdirərək, bir dövlət kimi beynəlxalq arenaya daxil oldu. 15 May 1948-ci ildə başlayan müharibə iyun ayındakı ən şiddətli qarşıdurmalardan sonra, bir neçə ay tamamilə dayandırıldı və atəşkəslə nəticələndi. Yaxın Şərqdə artıq İsrail adında yeni bir dövlət meydana gəldi.
İsrailin Qüdsü işğal etməsi
1950-ci il yanvarın 23-də Kinesset Qüdsü İsrailin paytaxtı elan edib. 1967-ci ildə baş verən Altıgünlük müharibədə isə İsrail Qüds üzərində tam nəzarəti ələ keçirdi. Şəhərin tam ələ keçirilməsi tarixi kimi iyunun 7-i götürülür. Qüdsün statusu - qızğın müzakirələr mövzusudur. Həm İsrail, həm də Fələstin Muxtariyyəti Qüdsü öz paytaxtı sayır, lakin fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Ayırıcı divarla və ideoloji baxışlarla iki yerə bölünmüş unikal müqəddəs şəhər olan Qüdsün taleyi hələ də qeyri-müəyyəndir
Ərəb ölkələrinin Qüdsə xəyanəti
Uzun illər əvvəl İsraillə müharibəyə başlayan və sionist rejimin varlığını qəbul etməyən ərəb dövlətləri bu gün İsrailin köləsi rolunda çıxış edirlər. Səudiyyə Ərəbistanı, İordaniya, Misir, BƏƏ və digərləri İsrailin Yaxın Şərqdə yürütdüyü siyasətin aparıcı fiqurlarına çevriliblər. Qüds faktiki olaraq İsrailin nəzarətində olsa da, fələstinlilər BMT qətnamələrinə rəğmən öz yerlərindən məhrum olsa da və nəhayət İsrail rejiminin əsgərləri müsəlmanları hər gün qətlə yetirsə də, bu vəziyyət Ərəb dövlətlərini zərrə qədər narahat etmir. Səudiyyə rejiminin rəhbərlik etdiyi ərəb dövlətləri bu gün regionda qonşu ölkələrin daxili işlərinə müdaxilə edir, hətta orada qanuni hökumətlərin devrilməsi üçün terrorçuları maliyyələşdirir və ABŞ-İsrail cütlüyünü razı salacaq siyasət yürüdürlər.
Orxan Hüseynov
Qeyd: “Qələm" Yazarlar Birliyinin Qüdslə bağlı keçirdiyi müsabiqəyə təqdim olunur.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 21-02-2020 12:13 Dünyanın ən zəngin 10 ailəsinin adı açıqlanıb - FOTO
- 12-02-2020 16:26 ABŞ-ın ən zəngin 10 prezidenti - FOTO
- 22-11-2019 16:22 Hərbdə və mənəviyyatda generallıq
- 06-11-2019 12:30 Tarixdəki ən qorxulu 10 ORDU
- 01-11-2019 09:18 Oktyabrda bəzi banklar kredit faizlərinə yenidən baxıb - ARAŞDIRMA
- 30-10-2019 16:17 Soyqırımları tarixi: Nankin qətliamı - FOTO
- 25-10-2019 17:00 Əgər sizin də telefonunuz varsa, hökmən oxuyun...
- 23-09-2019 16:06 Bir Hindu üsyançının sındırılma tarixçəsi - ARAŞDIRMA
- 22-09-2019 21:34 ABŞ nə üçün yerin altında neft saxlayır? - ARAŞDIRMA
- 19-09-2019 16:08 Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi
- 11-09-2019 12:59 Aşura ilə bağlı daha bir saxta VİDEO yayımlandı
- 31-08-2019 12:48 Qara çörək, yoxsa qaraldılmış çörək? - Firmalar hiyləgərlik edir
- 23-08-2019 17:02 Uşağı leylək gətirir, LGBT rəngi isə qayğıkeşlik rəmzidir
- 23-08-2019 11:33 Tələbələr Bakıda kirayə ev tapmırlar - ARAŞDIRMA
- 22-08-2019 16:26 Gənclər arasında populyarlaşan TikTok-un pərdəarxası
- 22-08-2019 12:50 Moskva avqustun əvvəlində baş verən nüvə partlayışını gizlədir-VİDEO
- 31-07-2019 12:20 Cahangir Hacıyevin cinayət şəbəkəsi haqda sensasion araşdırma
- 03-07-2019 14:54 Marketlərdə ərzaq qiymətlərində son vəziyyət - ARAŞDIRMA
- 01-07-2019 10:12 İçməli suya dair bilmədiklərimiz - VİDEO
- 20-06-2019 16:01 3 əsr haqqı tapdanan həkim - İbn əl-Nəfis
- 19-06-2019 19:38 Çimərliklərdə istirahət neçəyə başa gəlir? - ARAŞDIRMA
- 18-06-2019 15:03 Tarixin ən böyük yalanının ÜSTÜ AÇILDI
- 10-06-2019 11:43 İlk xərçəng əməliyyatını həyata keçirən alim - Əli ibn Abbas əl-Əhvazi
- 03-06-2019 17:33 Tarixdə ilk katarakt əməliyyatını edən müsəlman alim: əl-Mousuli
- 22-05-2019 10:24 Bəzi məmurlar xidməti avtomobilsiz qalacaq