Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
14:57
3894
Alimlər araşdırma apardı: Son 50 ildə insanlıq planeti belə dəyişib

Biofərqlilik və ekosistem xidmətləri üzrə hökumətlərarası qrup (IPBES)  insan fəaliyyətlərinin planeti son 50 ildə necə dəyişdiyi barədə geniş miqyaslı araşdırma aparıb. FaktXeber.com-un verdiyi məlumata görə, araşdırmada 400-dən artıq alim və ekspert iştirak edib. Onlar üç il ərzində 15 mindən artıq elmi və dövlət mənbəli informasiyaları toplayaraq, analiz ediblər.

Nəticədə alimlər müəyyən ediblər ki, hazırda milyona yaxın canlı növü yox olma təhlükəsi ilə üzləşib,  quruda lokal növlərin 20 faizini, 40 faiz amfibiyaları, 33 faiz koralları və1/3 hissə məməliləri tam yox olma gözləyir.

Bundan başqa quruda 1/3 hissəsi və 75 faiz şirin su ehtiyatı kənd təsərrüfatına və heyvandarlığa sərf olunur. Hər il planetdə 60 milyard ton bərpa olunan bərpa olunmayan resurslar çıxarılır. 1970-ci ildən kənd təsərrüfatı məhsullarının istehsalı üç dəfə artıb, xam oduncaq tədarük həcmi 45 faiz artıb. Bunun yanında Yer səthinin ümumi məhsuldarlığı 50 il ərzində 23 faiz azalıb.

Tədqiqatçılar həmçinin hesablayıblar ki, hər il okean sularına 300-400 ton ağır metal və zəhərli sənaye tullantıları atılır ki, bu da Dünya okeanında ümumi sahəsi təxminən 245 min kvadrat kilometr olan ( Böyük Britaniyanın sahəsindən çox) 400-ə yaxın "ölü zonaların"  yaranmasına gətirib.  Bundan başqa, 1992-ci ildən şəhər sahəsi iki dəfə artıb.

Alimlər bildirirlər ki, bütün bunlar təxminən 300 milyon nəfər insanı daşqın və qasırğa təhlükəsi ilə qalmaq riskinə məruz qoyur və 2050-ci ilədək dünya üçün bu mənfi prosesin dayanması gözlənmir.

Tədqiqat müəllifləri bildirirlər ki, bu proses, paradiqmalar, məqsədlər və dəyərlər daxil olmaqla, texnoloji, iqtisadi və sosial amillər ilə bağlı fundamental sosial yenidənqurma həyata keçirildikdə dayandırıla bilər.

Məqalədə : təbii fəlakət 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
529

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
361

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
226

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
184

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
182

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
315

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
381
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 02:41



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru