Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 May

2019
12:20
Bakı məktəblərində işə qəbul üzrə imtahanlar başa çatıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) ümumi təhsil müəssisələrində təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, uşaq birliyi təşkilatı rəhbəri, laborant və kitabxanaçı vəzifələrinə işə qəbul üzrə elan etdiyi müsabiqənin test imtahanı mərhələsi başa çatıb.

İdarədən FaktXəbər-ə verilən məlumata görə, imtahanda təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə işə qəbul üzrə dəvət olunan 464 nəfərdən 313-ü, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə işə qəbul üzrə dəvət olunan 256 nəfərdən 172-si, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 81 nəfərdən 66-sı, psixoloq vəzifəsinə işə qəbul üzrə dəvət olunan 174 nəfərdən 109-u, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə işə qəbul üzrə dəvət olunan 538 nəfərdən 312-si, laborant vəzifəsinə işə qəbul üzrə dəvət olunan 1062 nəfərdən 639-u, kitabxanaçı vəzifəsinə işə qəbul üzrə dəvət olunan 74 nəfərdən 44-ü iştirak edib. 6-11 may tarixlərini əhatə edən müsabiqənin II mərhələsində ümumilikdə dəvət olunan 2 649 nəfərdən 1 655 namizəd imtahanlara qatılıb.

Laborant, kitabxanaçı və uşaq birliyi təşkilatı rəhbəri vəzifələri üzrə müsabiqəyə qatılan şəxslərə 30 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 45 dəqiqə, təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı), gənclərin çağırışaqədərki hazırlığı rəhbəri və psixoloq vəzifələri üzrə namizədlərə isə 40 sualdan ibarət test tapşırığının cavablandırılması üçün 60 dəqiqə vaxt verilib.

Qeyd edək ki, yaxın günlərdə nəticələr təhlil olunaraq vəzifələr üzrə keçid balı müəyyənləşdiriləcək. Keçid balından yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Məqalədə : Bakı məktəbləri 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6250

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5150

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
6681

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
6697

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9107

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6372
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-07-2020 20:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru