Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
17:28
Nazir müavini: Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir

Azərbaycan-Gürcüstan sərhədində yerləşən Keşikçidağla bağlı təxribat xarakterli bəyanatlar verilir.

Bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, sərhəd məsələləri dövlətlərarası danışıqlar çərçivəsində həll edilməlidir: "Gürcüstanla dövlət sərhədinin delimitasiyası ilə 1996-cı ildən məşğul oluruq. Bu dövr ərzində daim danışıqlar aparılıb. Gürcüstanla sərhədin üçdə iki hissəsi delimitasiya edilib, üçdə bir hissəsində isə hələlik delimitasiya prosesi başa çatmayıb. Bu, böyük iş tələb edir. Danışıqlar davam etdirilir".

X.Xələfov qeyd edib ki, belə məsələlər kiminsə tarixi, yaxud dini fikir söyləməsindən asılı deyil:

"Məsələ ancaq hüquqi müstəvidə çözülə bilər. Azərbaycan və Gürcüstan 100 ildən artıqdır ki, bu sərhədlər çərçivəsində yaşayırlar. Təbii ki, bu sərhədlərin mövcudluğu barədə müvafiq hüquqi sənədlər var. Ona görə də mən bir daha bildirirəm ki, belə məsələlər hüquqi müstəvidə, danışıqlar yolu ilə həll ediləcək. Bundan əlavə, tarixən Gürcüstan və Azərbaycan xalqları arasında qarşılıqlı dostluq, qonşuluq münasibətləri mövcuddur. Azərbaycan və Gürcüstan dövlətlərini strateji partnyorluq münasibətləri birləşdirir. Hər iki dövlətin iştirakı ilə beynəlxalq strateji əhəmiyyət kəsb edən işlər görülüb. Biz bu gün də bu layihələrin üzərində işləyirik".

Nazir müavini deyib ki, səslənən müxtəlif bəyanatlar hər iki dövlətin maraqlarına ziddir:

"Belə söhbətlər məsələnin həllinə xidmət edə bilməz. Azərbaycan və Gürcüstan arasında olan dövlətlərarası münasibətlərin potensialı imkan verir ki, biz bu məsələni hüquqi müstəvidə həll edək"./Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
212

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
223

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
260

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
246

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
361

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
340

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
539
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-12-2019 22:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru