Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

10 May

2019
10:02
`Emin 444`ün boğazını kəsiblər - Qətlin yeni təfərrüatları

Bakıda kriminal avtoriteti qətlə yetirən şəxs saxlanılıb.

Binəqədi Rayon Prokurorluğundan verilən məlumata görə, hadisə Binəqədi rayonu, İ.Haşımov küçəsi 8 ünvanında baş verib.

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olmuş, paytaxtın Binəqədi rayonu, Həmzə Babaşov küçəsində kirayədə yaşayan, 1995-ci il təvəllüdlü Tağıyev Həsən Mərdan oğlu Masallı rayonunda anadan olmuş, Binəqədi rayonu, İsrafil Haşımov küçəsi ev 8, mənzil 56-da yaşayan, 1988-ci il təvəllüdlü Səfərov Emin Ehtiram oğlunu aralarında yaranmış mübahisə nəticəsində yaşadığı binanın qarşısında bıçaqla qətlə yetirib.

***

Bakı şəhər Binəqədi rayonu, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində bıçaqlanma hadisəsinin təfərrüatları məlum olub.

Faktxeber.com ONA-ya istinadla xəbər verir ki, ilkin məlumata görə, 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu dava edən tərəfləri sakitləşdirmək istəyərkən ayağından bıçaqlanıb. O, dərhal 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. 

Bədənin müxtəlif nahiyələrindən bir neçə bıçaq zərbəsi alan, təxminən 25-30 yaş aralığında olan Emin Səfərov isə qanitirmədən hadisə yerində ölüb. 

Qeyd edək ki, əvvəllər "qanunsuz silah gəzdirmə" maddəsilə məhkum edilmiş Emin Səfərov yaşadığı binanın qarşısında "BMV" markalı şəxsi avtomobilində bıçaqlanıb.

Binəqədi rayon Prokurorluğundan ONA-nın hadisə yerində olan müxbirinə verilən məlumata görə, İsrafil Həşimov küçəsində iki nəfəri bıçaqlamaqda şübhəli bilinən bir nəfər şəxs saxlanılıb. 

Hadisə ilə bağlı yeni məlumat əldə edilib. Belə ki, qətli törədən şəxs Emil Səfərova məxsus hərəkətdə olan “BMV” markalı avtomobilin arxa oturacağına əyləşib bıçaqla onun bədəninə zərbələr endirib, sonra isə boğazını kəsib. O, Emilin öldüyünə əmin olduqdan sonra hadisə yerini tərk edib.

Qeyd edək ki, Səfərov Emil Ehtiram oğlu kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınırdı.

***

Bakının Binəqədi rayonunda kütləvi dava olub.

FaktXəbər-in "Report"a istinadən məlumatına görə, İsrafil Həşimov küçəsində baş vermiş dava zamanı kriminal aləmdə "Emil 444" ləqəbi ilə tanınan Səfərov Emil Ehtiram oğlu qətlə yetirilib.

Həmçinin 1958-ci il təvəllüdlü Yusifov Əli Məhəmməd oğlu bıçaq xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
3614

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2673

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2086

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1806
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


30-03-2020 00:51



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru