Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
17:41
2091
Nazir müavini: `Azərbaycanda da saxta aksizlər mövcuddur`

“Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”. Bunu “Report”a ekskluziv açıqlamasında Vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.

S.Ələkbərov Nazirlik tərəfindən qurulan aksiz - nəzarət postlarının vergi yığımlarına müsbət təsiri olduğunu qeyd edib:

“Vergilər Nazirliyi tərəfindən 30-dan artıq müəssisədə aksiz - nəzarət postları qurulub. Müəssisənin çıxışında qurulan postda vergi orqanı əməkdaşları müəssisə açılandan bağlanana kimi dayanıb müşahidə aparırlar. Bunun nəticəsində çox ciddi problemlər ortaya çıxdı. Əslində biz bu problemləri bilirdik, amma onları konkretləşdirib sübuta yetirmək lazım idi. Aksizlərin dəyişdirilməsi – araq aksiz markasının şəraba, şərab aksiz markasını isə arağa vurulması və burada vergidən yayınma məsələləri var idi. Məbləğlər də kifayət qədər yüksək, milyonlarla ölçülürdü. Bütün bunların qarşısı alındı. Spirtli içki istehsalı artdı. Əslində isə istehsal artmadı, sadəcə müəssisələr real dövriyyə göstərməyə başladılar. Təbii ki, bunlar vergidən yayınanlar arasında müəyyən suallar çıxarırdı. Amma indi sakit dönəmdir. Hamı başa düşdü ki, bu qanunun tələbidir, dövlətin qanunlarına hörmətlə yanaşmaq lazımdır”.

Nazir müavini Dünya Bankının tütün və tütün məmulatlarına tətbiq edilən aksiz vergi dərəcəsinin daha da artırılması ilə bağlı təklifini də şərh edib:

“Biz bazarda gedən proseslərin hamısını izləyirik. Tütün bir qədər bizdən az asılı olan məsələdir. Burada biz gömrüklə birgə işləməliyik". 

Onun sözlərinə görə, mütəmadi olaraq gömrüklə birgə nəzarət tədbirlərini həyata keçiririk. "Gömrükdən şəxsi istifadə üçün keçirilən bəzi mallar sonradan bazarlarda satılır. Dünyanın hər yerində olduğu kimi bizdə də saxta aksizlər mövcuddur. Bütün bunlara qarşı mübarizə aparılır”,- deyə S. Ələkbərov bildirib.

2019-cu ilin 1-ci rübünün yekunlarına görə, aksizli malların istehsalına və dövriyyələrinə nəzarətin artırılması hesabına alkoqollu içkilərin istehsalında dövriyyə 1,7 dəfə, tütün məmulatlarının istehsalında isə dövriyyə 7,4 dəfə artıb.

Məqalədə : saxta pul 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakıda avtobus avtomobillə toqquşdu - VİDEO

21

May
09:52
HÜQUQ,HADİSƏ
1556

Azərbaycan nefti ucuzlaşıb

21

May
09:30
İQTİSADİYYAT
1733

Bu təyyarə bir daha uçmayacaq

21

May
09:28
DÜNYA
69

AMB-nin valyuta məzənnələri - SİYAHI

21

May
09:23
İQTİSADİYYAT
43

Naxçıvan əhalisinin sayı artıb

20

May
22:40
ÖLKƏ
108
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-05-2019 10:35



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru