Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
16:11
2196
Ramazan ayında and içmək orucu batil edirmi?

Məlum olduğu kimi, yalan danışmaq dinimizdə hədsiz bəyənilməyən əməllərdən biridir və onu edən günah qazanar. Günahlar savabları sildiyi üçün, yalan danışan adamın da orucdan qazandığı savab azalar və ya hətta tam silinə bilər.

And içmək orucu pozan şeylərin içində deyil. Ancaq and içməklə Allaha, Peyğəmbərə və Peyğəmbərin vəsilərinə bilərəkdən yalandan isnad etsək, onlar adından yalan danışmaq olduğu üçün orucu batil edir.

Bu yöndə dualardakı andlar yalan and deyillər. Onlar duanın qəbulu üçün Allahdan istəkdə israr və şərtlər olduğundan, orucu pozmur.

İMSAK VƏ İFTAR VAXTLARI

Orucu pozan şeyləri bilmək üçün əvvəl oruca aid bəzi məsələləri qeyd edirik. Risalələrdə belə yazılır: "Doqquz şey orucu pozur: Yemək və içmək, cinsi münasibət (cinsi əlaqə), onanizm (masturbasiya), Allahın, Peyğəmbərin və Peyğəmbərin canişinləri olan 12 İmamın adından yalan danışmaq, boğaza sıx (qatı) toz qaçırmaq, başının hamısını suya salmaq, sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq, maye şeylərlə imalə etmək, qusmaq." (Ayətullah Xameneyi, Şəri suallara cavablar, "Orucu batil edən işlər" bölümü)

Ramazan ayının gündəlik duaları 

Dördüncü məsələnin açıqlamasında başqa bir məsələdə belə bildirilir: "Əgər oruc tutan şəxs danışıq, yazı, işarə və ya bu qəbildən olan vasitələrlə uca Allaha, ən kəramətli Peyğəmbərə (s) və pak imamlara (ə) yalan isnad edərsə, hərçənd dərhal “yalan danışdım” desə, yaxud tövbə etsə belə, vacib ehtiyata əsasən, orucu batildir. Buna əsasən, əgər misal olaraq ramazan ayının orucunu tutarkən belə edərsə, vacib ehtiyata əsasən, həmin günün orucunu mütləq Allaha yaxınlaşma niyyəti ilə sonadək tutmalı və daha sonra onun qəzasını da tutmalıdır. Həmçinin, müstəhəb ehtiyata əsasən, Həzrət Fatimə (s.ə), digər Peyğəmbərlər və onların canişinlərinə yalan isnad etmək də bu qəbildəndir. Şübhəsiz, bunu da nəzərə almaq lazımdır ki, Allaha, Peyğəmbərə (s) və məsumlara (ə), o cümlədən Həzrət Fatiməyə (s.ə) yalan isnad etmək böyük günahlardandır." (Ayətullah Sistani, Geniş izahlı şəriət məsələləri, 1-ci cild, Məsələ 1975.)

Gpründüyü kimi, burada söhbət ümumi mənada yalan danışmaqdan getmir. Yalanın konkret növü olan Allaha, Peyğəmbərə və İmamlara yalan söz aid etməkdən bəhs edilir. Beləliklə, hər yalan yox, onun yuxarıda deyilən növü orucu pozar. Ümumilikdə yalan danışmaq isə orucun savabına ziyan gətirər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
181

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
329

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
957

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
219

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
240

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
347

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
263

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
292

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
235
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 05:22



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru