Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 May

2019
15:01
6049
Hər bir insanın verməli olduğu 7 ANALİZ

İnsan hansı sağlamlıq problemlərinin olduğunu bilmək üçün müəyyən analizlər vermək  ən yaxşı  yoldur.  

Hər bir insanın verməli olduğu analizlər aşağıdakılardır:

Ürək-damar sistemi xəstəlikləri  

Analiz: qanın ümumi və biokimyəvi analizi. 

Vaxtı: ildə 2 dəfə 

Vacib göstəricilər: qanda xolesterinin səviyyəsi yüksək olduqda ateroskleroz və işemik ürək xəstəliklərinin yaranmasından xəbər verir. 

Tromboz 

Analiz: koaquloqramma.  Bu analiz qanın qatılığı, laxtalanması, qanaxma və tromb əmələ gəlməsi barədə bir sıra məlumatlar verir.  

Vaxtı: ildə 1 dəfə 

Şəkərli diabet 

Analiz: barmaqdan şəkərin ölçülməsi  üçün qan analizi.

Vaxtı: ildə 2 dəfə 

Vacib göstəricilər: Qanda qlükozanın norması  3,3-5,5 mmol/l olmalıdır. 

Onkologiya 

Analiz: Xərçəngin erkən mərhələdə müəyyən edilməsi üçün bir neçə test mövcuddur. 

Vaxtı: 40 yaşdan sonra 2 ildən bir onkoloji analiz vermək lazımdır. 

Düz bağırsağın xərçəngi  

Analiz: nəcisin analizi  

Vacib göstəricilər: Nəcisdə qan aşkarlanması mədə-bağırsaq traktında müşahidə edilən onkoloji xəstəlik nəticəsində baş verən gizli qanaxmadan xəbər verir. 

Uşaqlıq ağzının xərçəngi  

Analiz: uşaqlığın sitoloji yaxması.

Bu analiz ginekoloji müayinə zamanı götürülür. Uşaqlıq ağzında yerləşən selikli qişada baş verən dəyişiklikləri aşkarlamağa imkan verir. 

Leykoz (qan xərçəngi)

Analiz: qanın ümumi analizi 

Vacib göstəricilər: Leykoz zamanı limfositlərin sayı azalır. Trombositlərin səviyyəsi isə aşağı düşür./ Medicina.az

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şagird sayı 20 nəfərdən az olan 290 məktəb var

23

Avqust
16:09
ELM / TƏHSİL
586

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

23

Avqust
14:39
İQTİSADİYYAT
414

Mərdəkan körpüsündən avtomobil aşıb

23

Avqust
14:18
HÜQUQ,HADİSƏ
271

Ramanada quru ot sahəsi yanır

23

Avqust
14:17
HÜQUQ,HADİSƏ
225

Günün qarşılaşmaları TV AFİŞA

23

Avqust
14:15
İDMAN
223

Deputat oğlunu həbsdən çıxartdırmaq istəyir

23

Avqust
12:48
HÜQUQ,HADİSƏ
365

Sabahın hava proqnozu açıqlanıb

23

Avqust
12:31
ÖLKƏ
442
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-08-2019 08:24



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru