
Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və qurumlarının fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan, qeyri-peşəkar məlumatlar yayımlanmaqdadır.
FaktXəbər bildirir ki, bu barədə DGK-nın açıqlamasında bildirilir.
“Həmin məlumatlarda İranla sərhəddə yerləşən Astara gömrük postunda, guya vətəndaşlara qarşı qanunsuz yoxlamalar tətbiq edildiyi, süni yoxlamalar nəticəsində insanların uzun müddət gömrük zonasında gözlədildiyi, gömrük baxışının xüsusi avadanlıqlarla deyil, fiziki üsullarla həyata keçirildiyi iddia edilir.
Hər cümləsi müəllif və yayımçılar üçün qanun qarşısında məsuliyyət yaradacaq yazıda, hətta Astara gömrük postunda vətəndaşlara "işgəncə" verildiyi iddia olunur.
İlk növbədə, qeyd edək ki, DGK gömrük nəzarət vasitələri ilə təminat baxımından hətta Avropanın bəzi inkişaf etmiş ölkələrini belə geridə qoyur. Gömrük nəzarəti zonasına daxil olan şəxslərin əl yükləri və nəqliyyat vasitələri ilk növbədə həmin avadanlıqlar vasitəsilə yoxlanılır və zərurət yarandıqda fiziki baxışa yönləndirilir ki, bu da qanunvericiliyə görə gömrük orqanları və əməkdaşlarının müstəsna hüququdur.
Astara gömrük postunda baş verən sıxlıqlara gəlincə, bu hal həftənin bəzi günlərinin müəyyən saatlarında baş verir. Nisbi xarakterli bu sıxlıqlar vətəndaşların sərhədi günün eyni saatlarında keçmək istəyindən irəli gəlir ki, Komitənin rəhbərliyi və aidiyyəti qurumları dəfələrlə bu barədə maarifləndirici açıqlamalar verərək ictimaiyyəti məlumatlandırıblar.
Astara gömrük postunda nisbi yubanmaların əsas səbəbi isə sərhədi keçən vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq malları gömrük sərhədindən keçirməyə çalışmasıdır. Bu da əlavə yoxlamalara, gömrük nəzarəti müddətinin artmasına, sadəcə vətəndaşlar üçün deyil, gömrük orqanları üçün də əlavə vaxt itkisinə və əmək sərfinə səbəb olur.
Ölkənin iqtisadi təhlükəsizliyini təmin etməklə yanaşı, gömrük orqanlarının əsas fəaliyyət istiqamətlərindən biri də qaçaqmalçılığın, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasıdır. Ölkəmizin Şərqdən Qərbə daşınan narkotik vasitələrin marşrutu üzərində yerləşdiyini və narkotiklərin əsasən cənub sərhədlərimizdən gömrük ərazisinə daxil olduğunu nəzərə alsaq, gömrük nəzarəti tədbirlərinin də gücləndirilməsinin vacibliyini aydın başa düşmək mümkündür.
Onu da qeyd edək ki, son bir ayda Astara gömrük postunun əməkdaşları tərəfindən 25 fakt üzrə 6 kq-dan artıq narkotik vasitə, psixotrop və güclü təsiredici maddə aşkar edilərək dövriyyədən çıxarılıb. Bu da qeyri-peşəkarcasına və ya kimlərinsə sifarişi əsasında böhtan xarakterli məlumatlar hazırlamaq və yayımlamaqdan daha vacib və önəmli fəaliyyətdir.
DGK-nın sədri mütəmadi olaraq gömrük-sərhəd buraxılış məntəqələrinə səfər edərək vəziyyəti yerində araşdırır, gömrük nəzarətinin səmərəli şəkildə təşkili, sərhədkeçmə proseslərinin sadələşdirilməsi, infrastrukturun yenidən qurulması, vətəndaşların məmnunluğunun təmin edilməsi istiqamətində müvafiq göstərişlərini verir və bu barədə Komitənin rəsmi internet səhifəsi ilə yanaşı, kütləvi informasiya vasitələrində də kifayət qədər məlumat yayımlanır.
Gömrük sahəsində islahatların icra vəziyyəti ilə bağlı iddialara gəlincə isə Azərbaycan gömrüyünün bu istiqamətdə əldə etdiyi təcrübə artıq Avropda öyrənilir.
DGK bir daha media qurumları və jurnalistlərə Komitənin fəaliyyəti ilə bağlı məlumatları hazırlayarkən ölkə qanunlarına əməl etməyə çağırır.
Təqdim etdiyimiz videolardan da vətəndaşların Nazirlər Kabinetinin 305 saylı qərarının tələblərini pozaraq şəxsi istehlak miqdarından artıq məhsulları ölkə ərazisinə gətirdiklərini və bunun gömrük nəzarətinin müddətinin uzanmasına təsirini aydın görmək olar”, - deyə açıqlamada qeyd olunub.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun02-06-2020 15:28 DGK nümayəndəsi: “May ayı ən gərgin aylardan biri olub”
22-05-2020 17:07 DGK qeyri-iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
19-05-2020 11:40 Mayın 25-dən etibarən gömrük idarələri gündəlik iş rejimində fəaliyyət göstər
04-02-2020 16:36 Dövlət Gömrük Komitəsi 3 bankla əməkdaşlığı dayandırıb
29-12-2019 12:50 Dövlət Gömrük Komitəsi gücləndirilmiş iş rejiminə keçir
26-12-2019 16:05 Qadın çəkməsindən mobil telefonlar çıxdı
- 25-06-2020 14:45 Nazirlər Kabineti xəbərdarlıq etdi: Məhdudiyyətlər sərtləşdirilir - RƏSMİ
- 25-06-2020 11:58 Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
- 25-06-2020 11:57 8103 SMS icazə sistemi ilə bağlı dəyişiklik edilib
- 25-06-2020 11:09 AMEA-da iş saatı dəyişdirildi
- 23-06-2020 09:43 Operativ Qərargah sərtləşdirilmiş xüsusi karantin rejimində KİV-in fəaliyyətinə dair məlumat yayıb
- 19-06-2020 18:22 Azərbaycanın sərhədləri bu tarixə kimi bağlı qalacaq
- 19-06-2020 18:10 QMİ yaslarla bağlı xəbərdarlıq etdi
- 19-06-2020 17:46 İbrahim Məmmədov: "KİV də icaze.e-gov.az-da qeydiyyatdan keçməlidir"
- 19-06-2020 17:39 Sərt karantin rejimində fəaliyyətinə icazə verilən sahələr
- 19-06-2020 17:20 SMS icazə bu formada göndəriləcək - RƏSMİ
- 19-06-2020 17:19 Xüsusi karantin rejimində yaşayış yerini tərk etmə qaydaları açıqlandı
- 19-06-2020 17:13 Sərt karantin rejimində bu yerlər işləməyəcək
- 19-06-2020 16:39 Baş Nazir karantin rejiminin müddətinin uzadılması barədə qərar imzalayıb
- 19-06-2020 16:10 Babək qəsəbəsinə şəhər, Nehrəmə isə qəsəbə statusu verildi
- 19-06-2020 15:38 İki rayona xanım prokurorlar təyin edilib - Azərbaycanda ilk
- 19-06-2020 15:27 Bakı şəhərinin rayonlarına prokurorlar təyin olundu
- 19-06-2020 13:58 İcra başçısının koronavirusa yoluxan müavininin vəziyyəti ağırlaşıb
- 19-06-2020 13:40 Milli Məclisdə Erkin Qədirliyə irad tutulub
- 19-06-2020 13:29 Kimlərə maaşdan əlavə pul veriləcək?
- 19-06-2020 13:18 Bakı İdman Sarayı pandemiya xəstəxanasına çevrilməyə hazırdır
- 19-06-2020 13:07 20 iyunda gözlənilən hava şəraiti
- 19-06-2020 12:59 İcra başçısı koronavirusa yoluxdu
- 19-06-2020 12:41 Nazir: “İki həftəlik sərt karantin rejimi ilə bağlı müvafiq qərarlar qəbul olunacaq”
- 19-06-2020 12:29 “Azərişiq” karantin günlərində gücləndirilmiş rejimdə işləyəcək
- 19-06-2020 12:08 DMX əcnəbilərə müraciət etdi