Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
16:14
ETSN: Xəzəri çirkləndirən obyektlərin fəaliyyəti dayandırıla bilər

Xəzər dənizinin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə onların fəaliyyətinin dayandırılması ilə bağlı tərəfimizdən aidiyyəti üzrə vəsatət qaldırılacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Mirsalam Qənbərov Trend-ə bildirib ki, nazirlik tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara, bildirişlərə və ünvanlanmış məktublara əhəmiyyət verməyənlərə qarşı artıq bu addımı atmaq məcburiyyətində qalıblar:

"Xəzər dənizinin şimaldan-cənubadək sahil zolağında, xüsusən də Abşeron yarımadasında aparılan monitorinq və təhlillərin nəticəsi göstərir ki, ətraf mühiti, su hövzələrini, o cümlədən Xəzər dənizini ən çox quruda neft hasilatını həyata keçirən əməliyyat şirkətləri, müəssisə və obyektlər çirkləndirir".

Mütəxəssis bildiririk ki, Xəzərin şirkət, müəssisə, təşkilat və obyektlər tərəfindən çirkləndirilməsi davam edərsə tərəfimizdən onların fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti üzrə vəsatət qaldırılacaq:

"Keçirilən monitorinqlərin və aparılan analizlərin nəticəsi bunu deməyə əsas verir ki, su hövzələrinə axıdılan axarlardan götürülən nümunələrdə neft məhsullarının qatılığı, bağırsaq çöpləri və şərti patogen xəstəlik törədən bakteriyaların miqdarı normadan dəfələrlə çoxdur, ekotoksikoloji baxımdan kəskin zəhərlidir. Xəzər dənizinin ekosisteminə mənfi təsirlər aradan qaldırılmazsa, bu gələcəkdə ağır nəticələrə gətirib çıxaracaq.

Artıq çimərlik mövsümü yaxınlaşır. Lay sularının təmizlənmədən dənizə axıdılması və insanların belə mühitlə təmasda olması çox təhlükəlidir. Ötən illərdə olduğu kimi, bu il də ekoloji gərgin vəziyyət yaranmasın deyə rayon icra hakimiyyəti orqanları və bələdiyyələr çirklənmə mənbələrinin qarşısının alınması üçün aidiyyəti qurumlarla birgə bütün qüvvələrini səfərbər etməli, zəruri tədbirlərin görülməsi üçün konkret hərəkətə keçməlidirlər.

Tullantı sularının təmizlənmədən su hövzələrinə axıdılmaması üçün müəssisə və təşkilatların rəhbərlərinə təmizləyici qurğuların quraşdırılması məqsədilə bir daha çağırış edir, qısa vaxt ərzində verilmiş tapşırıqların icrası istiqamətində təxirəsalınmaz tədbirlərin görülməsini tələb edirik. Tez bir zamanda lazımi işlərə başlanılmasa çirkləndiricilər barəsində ciddi tədbirlər görüləcək və toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndəriləcək.

Bu gün Nazirliyin əsas fəaliyyət hədəflərindən biri Xəzər dənizinin çirklənməsinin qarşısını almağa yönəlib. Tərəfimizdən mümkün olan bütün vasitələrdən istifadə olunur ki, Xəzər ekoloji inkişaf və ekoloji sabitlik zonasına çevrilsin".

Məqalədə : ETSN Xəzər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47982

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
46042

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
47700

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
47291

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
52853

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46893

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
47330
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-10-2020 09:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru