Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
15:46
3069
Həqiqi diri olan cəmiyyətin əsas əlaməti həmrəylik, həmdərdlikdir

Xanmirzə Hüseynov / ilahiyyatçı


Məlum olduğu kimi mübarək Ramazan ayında tutulan orucun bir çox faydaları var. Bu faydaların içərisində həm maddi, həm də mənəvi üstünlük və məziyyətlər müşahidə edilməkdədir. Əlbəttə, bu ibadətin əhatə etdiyi bütün müsbət keyfiyyətləri bir yazıda sadalamaq imkan xaricində olduğundan istərdim bir mətləbə xülasə şəkildə işarə edim. 

Bildiyiniz kimi hələ Allah rəsulunun dövründən etibarən daim din böyüklərinin müsəlman cəmiyyətinə yönəlmiş əsas mesajlarından biri i̇nsanları digər canlılardan fərqləndirməyə çalışmalarıdır. Yəni istər Peyğəmbərimiz, istərsə də onun ismətli vəsiləri insanlara onlarda fitrətən Allah tərəfindən qoyulmuş ləl-cəvahiratı unutmamağa, əksinə, o cəvahiratın üzərindən toz-torpağı təmizləyərək həqiqi diri canlıya çevrilməyə təşviq etmişlər. Əgər insan onu digər canlılardan fərqləndirən həqiqi dirilik nemətini əldə etməzsə o zaman öz kamal zirvəsinə ucala bilməz. Həqiqi dirilik çox mühüm mövzudur. Ana kitab olan Qurani-Kərimdə, o cümlədən Məsumların hədislərində bu məsələ ilə bağlı bir çox ayə və hədislərin olduğunu müşahidə etməyimiz məsələnin aktuallığından xəbər verir. 

Ümumiyyətlə Allahu-təalanın səmavi mesajlarının əsas qayəsi insanları həqiqi diriliyə səsləməkdir. Quran buyurur: "Ey iman gətirənlər, sizi, sizə həyat verən,sizi dirildən şeyə tərəf dəvət edən zaman Allahın və Onun Peyğəmbərinin çağırışını qəbul edin." (Ənfal surəsi 24cü ayə. )

Mübarək Ramazan ayının gündəlik duaları

Yəni, ey insanlar, bu Peyğəmbər sizi dirildəndir, həqiqi həyatı sizə bəxş edəndir. İslam təlimlərinə nəzər saldıqda bir daha əmin olursan ki, əsas hədəf ölü təfəkkürə malik olan insanları diriltməkdir. Təəssüflər olsun ki, bu günümüzdə də müsəlmanların halını həqiqətdə ölmüş canlılar kimi xarakterizə etməkdən başqa yolumuz yoxdur. Müsəlman cəmiyyətləri zahirən diri olsa da, Quranın və hədislərin bizə çatdırdığı həqiqi diriliyin nişanələrini özündə əks etdirmir. Sanki insanlar İslamın bəzi prinsiplərinə əməl etməklə özlərinin diri təfəkkürə malik olduğunu əks etdirir, digər tərəfdən də ictimai cəhətdən özünü laqeyd apararaq əsl ölü kimi davranış nümayiş etdirir. Əgər dünyanın bir tərəfində günahsız bir insan incidilirsə, və ya acından, susuzluqdan dünyasını dəyişirsə, digər tərəfdə zahirən İslamı qəbul etmiş bir cəmiyyət bu hallardan narahat deyilsə, deməli, İslamın buyurduğu həqiqi dirilikdən söhbət gedə bilməz. Böyük İslam mütəfəkkiri şəhid Mütəhhərinin təbirincə desək, “sanki İslam həm mövcuddur, həm də mövcud deyil. İslam mövcuddur, sadəcə quru namazla, orucla, İslami qaydada ölü dəfn etməklə, həm də mövcud deyil, bütün bu ibadətlərin ruhsuz olmasıyla”.

İMSAK-İFTAR VAXTLARI

Əgər bu ibadətlərin ruhu olsaydı digər insanların acıları, ağrıları təsirsiz ötüşməzdi. Axı həqiqi insan cəmiyyəti müxtəlif üzvlərdən ibarət olan bir bədənə bənzəyir. Deməli, həqiqi diri olan cəmiyyətin əsas əlaməti həmrəylik, həmdərdlikdir. İnsanlar arasındakı pərakəndəlik, dağınıqlıq ölülüyün əlamətidirsə, onun əksi olan həmrəylik və birlik isə həqiqi həyatın, diriliyin nişanəsidir. Hz.Peyğəmbər (s) həqiqi möminin xüsusiyyətini sadalayarkən bu mətləbə xüsusi önəm vermişdir. Allah Rəsulu buyurur: "Möminlər bir-birini sevmək, qarşılıqlı mərhəmət və bir birinə şəfqət və məhəbbət göstərməkdə bir üzvü ağrıyanda digər üzvləri yuxusuzluq və qızdırma ilə onun dərdinə şərik olan vahid bədən kimidirlər."

Yəni, həqiqi insan digər insanlarla həmrəylik nümayiş etdirən, onları sevib, məhəbbət göstərən, dərdlərinə, acılarına can yandıraraq şərik çıxan diri təfəkkürə malik olandır. Əgər həmrəylik olmazsa, Peyğəmbərin kəlamına əsasən biz həqiqi mömin və müsəlman deyilik. Ümumiyyətlə özündən başqa digərlərini düşünməyən insan həqiqətdə yer üzərində gəzən ölüdür. Həzrət Peyğəmbər buyurur:”Kim bir şəxsin “ey müsəlmanlar!” çağırışını eşidib ona cavab verməsə müsəlman deyil”.İslam dininin bizə öyrətdiyi əsas məsələ şəxsi mənafeləri kənara ataraq digər insanların da mənfəətlərini nəzərə almağı, yardım istədikdə onların köməyinə yetişməyi, bir sözlə, müsəlman qardaşları ilə sıx bağlılıq nümayiş etdirib sanki bir ailənin üzvləri kimi rəftar etməyi əsas predmet kimi nəzərdə saxlamaqdır. Amma  əfsuslar olsun ki, biz hələ də öz mənafe çərçivəsindən çıxa bilmirik.

Deməli, bizim xəstəliyimiz var. Ruhumuzu bu xəstəlikdən xilas etməkdən ötrü bir sıra müalicə üsulları mövcuddur. Bu müalicə üsullarından biri də mübarək Ramazan ayında tutulan orucdur. Bildiyimiz kimi, orucun əsas hikmətlərindən biri də özündən başqalarını düşünmək, onlarına çətinliyinə qismən də olsa şərik olmaqdır. Oruc tutarkən insan bir neçə saat ac və susuz qaldıqda müəyyən qədər də olsa acların, susuzların yaşadıqlarını yaşayır və onlara yardım etmək barədə düşünür. Bu düşüncənin yaranması əslində ölmüş təfəkkürün dirçəldilməsi istiqamətində qığılcım rolunu oynaya bilər.Hətta biz Həzrət Peyğəmbərin Ramazan ayı öncəsi buyurduğu məhşur “Şabaniyyə xütbəsinə” nəzər saldıqda Allah Rəsulunun insanları oruc tutarkən fərdi ibadətlə kifayətlənməyib, ictimai ibadətə sövq etməsini müşahidə edirik. Sanki Peyğəmbər Ramazan ayını fürsət bilərək “ölü təfəkkürləri” ictimai ibadətlərlə diriltməyə çalışaraq belə buyurur: ”Öz yoxsul və kimsəsizlərinizə əl tutun. Qocalarınıza hörmət edin, uşaqlarınıza rəhm edin, qohum-əqrəbalarınıza mehribanlıq göstərin. Başqalarının yetim qalan uşaqları ilə mehriban olun ki, sizdən sonra sizin də uşaqlarınızla mehriban olsunlar”.

Bir sözlə Mübarək Ramazan ayında tutulan orucun faydalarından biri də insanlığın dirçəlməsi, şəxsi olan dar çərçivələri aşıb daha geniş düşünərək böyük ruha malik olmaqdır. Allah bizi bu Mübarək ayı fürsət bilib, gözəl şəkildə yararlanıb, həqiqi dirilərdən, geniş qəlbli insanlardan qərar versin!

Məqalədə : Ramazan ayı 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda 1775 müəllim iş yerini dəyişib

19

İyun
12:20
ELM / TƏHSİL
655

Axtarışda olan 34 nəfər saxlanılıb

19

İyun
12:08
HÜQUQ,HADİSƏ
1236

Bir gündə yol qəzalarında 3 nəfər ölüb

19

İyun
11:51
HÜQUQ,HADİSƏ
1146

Azərbaycanda şirkət 30 min avro cərimələnib

19

İyun
11:44
HÜQUQ,HADİSƏ
3352

Quba və Ağcabədidə taxıl sahələri yanıb

19

İyun
10:38
HÜQUQ,HADİSƏ
757

Neft yenidən bahalaşıb

19

İyun
09:55
İQTİSADİYYAT
591

Xarici valyutaların manata qarşı məzənnələri

19

İyun
09:44
İQTİSADİYYAT
401

Azərbaycan nefti ucuzlaşdı

19

İyun
09:25
İQTİSADİYYAT
87

Babək prospektində qəza

19

İyun
09:25
HÜQUQ,HADİSƏ
1598
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2019 12:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru