Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2019
14:03
Bu dərmanları hər kəs əldə edə bilməz - Baş nazirin müavini

Dövlət tərəfindən əhaliyə verilən pulsuz dərmanları hər kəs əldə edə bilməz. Yalnız adı siyahıda olan şəxslər həmin dərman vasitələri ilə təmin oluna bilərlər.

FaktXəbər-in məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov deyib.

Baş nazirin müavini qeyd edib ki, dərman siyahısı kiminsə istəyinə görə yox, xəstələrin sayına uyğun tutulur.

Ə.Əhmədov bildirib ki, əhalinin müxtəlif təbəqələri üçün hər il dövlət tərəfindən pulsuz şəkildə dərmanlar verilir: "Bu xəstələrin siyahısını xəstəxanalar müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir. Bu siyahı əsasında həmin dərmanlar istifadəçilərə çatdırılır. Əgər kiminsə adı həmin siyahıda yoxdursa, bu, artıq ayrı məsələdir. Həmin şəxsin siyahıya salınması üçün xəstəliyi ilə bağlı göstəriciləri olmalıdır. Hansısa yerdə kiməsə dərman çatmaması barədə konkret fakt varsa, bunu ayrıca araşdırmaq lazımdır".

Onun sözlərinə görə, Azərbaycan dövləti xəstə insanları pulsuz dərmanlarla təmin etmək üçün böyük məbləğdə vəsait ayırır və bu vəsait də ünvanlı xərclənir.

Məqalədə : Əli Əhmədov 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4183

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
2938

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2334

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
1974
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-04-2020 23:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru