Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2019
17:20
Hüquq müdafiəçisi: `Görüşümüz normal şəraitdə keçdi`

Mayın 6-da hüquq müdafiəçisi Oqtay Gülalıyev Daxili İşlər Nazirliynin Baş Cinayət Axtarışı İdarəsinə dəvət edilib.

Bu barədə Oqtay Gülalıyev özü məlumat verib.

“Mənimlə Baş Cinayət Axtarışı İdarəsinin rəisi Arzu Daşdəmirov və idarənin digər əməkdaşları görüşdü. Görüşümüz normal şəraitdə keçdi. Mənim facebook səhifəmdə repressiya və işgəncələr barədə yazdığım statuslarla bağlı narahatlıqlarını bildirdilər. Həmçinin “Gəncə işi” ilə bağlı fəaliyyətim diqqət mərkəzində oldu. Mən “Gəncə işi” ilə bağlı valideynlərin müraciətinin və bu iş üzrə işgəncə faktlarının araşdırılmasını onların diqqətinə çatdırdım,” o qeyd edib.

Son zamanlar hüquq müdafiəçisi “Gəncə işi” ilə məhkəməsində səsləndirilən işgəncə faktlarının araşdırlması ilə bağlı çoxsaylı statuslar yazıb.

Bu il martın 1-də Sabunçu Rayon Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs edilən iki qrupa hökm oxunub. Onlar Cinayət Məcəlləsinin 220.1-ci (zorakılıqların, talanların, yanğınların törədilməsi, odlu silahın, partlayıcı maddələrin tətbiq edilməsi, yaxud hakimiyyət nümayəndəsinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlar) maddəsi ilə ittiham ediliblər.

Bəzilərinin əlavə olaraq Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə müqavimət) maddəsi ilə də təqsirli bilindiyi qeyd olunur.

Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı ümumilikdə 6 qrupun (51 nəfər) işinin məhkəməyə göndərildiyini açıqlayıb. Baş Prokurorluqda bu il fevralın 7-də keçirilən iclasda qeyd edilib ki, Gəncədə iyulun 3-də icra hakimiyyəti başçısına sui-qəsdlə bağlı 29 nəfər haqqında həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib. Həmin şəxslərdən 11-nin barəsində beynəlxalq axtarış elan olunub.(Amerikanın Səsi)

Məqalədə : Oqtay Güləliyev 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
210

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
221

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
333
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-12-2019 00:32



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru