Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2019
12:32
402
Quaido ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini istəyir

Venesuelada müxalifət lideri Xuan Quaido 2019-cu ilin aprelin 30-da cari prezident Nikolas Maduronu devirmə cəhdinin uğursuzluğa düçar olduğunu etiraf edib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə müxalifət lideri The Washington Post-a müsahibəsində bəyan edib. Onun sözlərinə görə, məğlubiyyətin əsas səbəbi müxalif qüvvələrin hərbçilərin dəstəyini düzgün hesablamamasıdır.

Quaido  vurğulayıb ki, hərbçilərin  müxalif qüvvələrin tərəfinə keçəcəyini və nəticədə Maduronun öz vəzifəsini təhvil verəcəyini düşünürdülər, lakin  o və tərəfdarları hesablamalarında yanılıblar.

Vaşinqtonun təklif edəcəyi təqdirdə ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi məsələsinə baxa bilərik"

Bunun yanında Quaido açıq aşkar etiraf edib ki, Vaşinqtonun  təklif edəcəyi təqdirdə ABŞ-ın Venesuelaya hərbi müdaxilə məsələsinə baxa bilər.

«Biz bu təklifi dəyərləndirəcəyik və ehtimal ki, böhranın həlli üçün Parlamentdə baxacağıq. Bu vacib olarsa, biz bu təflifi dəstəkləyə bilərik», - deyə o, bildirib.

Ekspertlər hesab edir ki, Maduronu devirmə planlarının uğursuzluğa düçar olması müxalifət lideri üçün gözlənilməz olub və indi o, bundan sonra necə hərəkət edəcəyini bilmir.

Bunun yanında analitiklərin nəzərinə görə, Birləşmiş Ştatlar Venesuelada hökuməti devirmə cəhdindən əl çəkməyəcək və ehtimal ki, artıq müxalifət lideri rolu üçün yeni sima axtarışına başlayıblar.

Məqalədə : Venesuela çevriliş 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bakı küləyi ağacı avtomobilin üzərinə aşırdı

19

Sentyabr
16:26
HÜQUQ,HADİSƏ
181

Sıfırı ilk dəfə istifadə edən alim - əl-Xarəzmi

19

Sentyabr
16:08
BÖLMƏNİ DÜZ SEÇ!
329

Müəllimlərin bilikləri sınaqdan keçiriləcək

19

Sentyabr
15:29
ELM / TƏHSİL
957

Tramp: Evsizlər imicimizə zərər vurur

19

Sentyabr
15:10
DÜNYA
219

DİN: Ötən gün yol qəzalarında 2 nəfər ölüb

19

Sentyabr
14:22
HÜQUQ,HADİSƏ
240

Hüseyn Abdullayevə 8 il cəza istənildi

19

Sentyabr
14:08
HÜQUQ,HADİSƏ
347

Sabahın hava proqnozu açıqlanıb

19

Sentyabr
13:20
ÖLKƏ
263

Naxçıvanda məktəblər birnövbəli rejimə keçib

19

Sentyabr
12:50
ELM / TƏHSİL
292

Azərbaycanda yük daşımaları artıb

19

Sentyabr
11:54
İQTİSADİYYAT
235
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2019 05:18



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru