Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2019
11:11
RAMAZAN yağışında islana biləcəyikmi?

Ramazan kəlməsi lüğətdə bu mənaları ehtiva edir:

- Yayın sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış;

- Günəşin istiliyindən qızmış yerdə yalın ayaqla yerimək və yanmaq;

- Qılıncın iki daş arasına qoyulub, itilənməsi üçün döyülməsi;

- Allahın gözəl adlarından biri.

Ramazan orucu: təmizlənmə, itiləmə və müdafiə aktı kimi möminlərin həyatına əks olunur.

Ramazan yağışı: çirklərdən və çirkinlərdən təmizlənmə mövsümüdür. Cahillərin üfunətli və çirkli havasından xilas olub, vəhy iqlimindən nəfəs almaq yürüşüdür. Çirkli işlərdən əl çəkmək və ədavətləri kənara qoymaq qərarıdır. Çirkli əllərin çirkin işlərdə göstərdikləri cəsarətə qarşı durmaqdır.

Beyinlərdəki səhralaşma, ürəklərdəki quraqlaşma bu yağışa möhtacdır. Kir, kin, kif, pas... çürüyən bir cəmiyyət, bəşəriyyət bu yağışla nə vaxt görüşəcək?

Ramazan yağışı ilə başlayan bir təmizlik hərəkatı... Təmizləmə əməliyyatı, təmizlənmə aksiyası... Öncə özümüzdən başlayaraq, bu yağışa göz yaşlarımızla yoldaşlıq etməliyik...

Ramazan atəşi... İştah, şəhvət, istək, ehtiras atəşlərini neytrallaşdıracaq oruc atəşi... Ürəklərə bu od düşmədən Allahla ünsiyyət qurula bilərmi? İslami həyat, "ovucda saxlanılan qor atəş" deyilmi? Bu "od"a razı olanlar, əzm göstərənlər əbədi oddan xilas olacaq və qazanacaq. Oruc, yaradılışda gizli olanları hərəkətə keçirib, ruhlandırmaqdır.

Ramazan, bilməkdir... Şirkə, zülmə, münkərə qarşı həssaslığın (Münkər - pislik iki hissədən ibarətdir. Birinci hissə münkərlər aydın olub, alim olan və olmayanların bildiyidir. Zina, spirtli içkilərin içməsi, oğurluq, sələm götürüb-vermək, başqasının malını qəsb etmək kimi şeylərin haram olduğu birinci qism münkərdir. İkinci qismi yalnız alimlər bilir. Bunlar daha çox imanda, etiqadda olan pozuntulardır. (Əbdülqadir Geylani)), oyanıqlığın uc nöqtəsidir... Daxili rahatlıq və qəlbin təkamüldür...

Həzrət Məryəm (s.ə) ictimaiyyətin ittihamına, böhtan və fitnəsinə "sükut orucu" ilə cavab verirdi. Bu, mövqe müəyyənləşdirməkdir...

Oruc bir səfərdir, Ramazan səfərbərliyi... Sadədən aliyə, gəlib keçəndən əbədiyə, qüssədən qorxuya, Rəbbani yaxınlaşmaya zəmindir oruc... Allaha yaxın olmaq, Onunla birlikdə olmağın ləzzətini dadmaq, iradi və şüurlu bərabərlikdir...

Orucla həyata daxil olmaq həyatdakı adiləşməyə, yadlaşmağa, qopmağa qarşı həssaslıq və məsuliyyət yenilənməsidir. Adi həyatdan kənara çıxmaq, daxili inkişaf, məhəbbət dolu addımdır oruc...

Ramazan məktəbinin mənsub və daimi ziyarətçiləri olaraq həyatı proqramlaşdırmaq məsuliyyəti altındayıq. Şəxsi inkişafı, kimlik qazanmaq, keyfiyyət və xidmət göstərmək üçün "təkamül dərsləri"dir oruc günləri...

Ramazan günlərimizə və müzakirələrimizə nələri daxil edəcəyik? Bu Ramazan ayı keçən ömrümüz üçün bir "kompensasiya sınağı" ola bilməzmi? Yoxsa, bu Ramazan günləri də dostların, xatir-hörmət üçün "bu iftar sənin, bu ziyafət mənim" məntiqi ilə vaxtkeçirmə vərdişi iləmi davam edəcək?

İnsanlara xidmət göstərməkdə irəlilləyiş, Allahın istədiyi kimi həyat sürmək, özümüzə çəki-düzən vermək bacarığıdır oruc... 

Oruc özü ilə məhz bunları gətirir həyatımıza, belə davam edək deyə.

Oruc bir qalxandır

Orucun müdafiə çətiri altına daxil olmaq... Qorxular, şübhələr, qayğılar qarşısında qorunmaq... Sürüşkən yerdə ayaqları yerə düzgün basmaq, eyni zamanda addımları sürətləndirmə səyi... Bu baxımdan Ramazan ayının günlər qulluq səviyyəmizi test etmək imkanı verir bizə.

Oruc eyni zamanda iradənin asılılıqlardan, zəiflikdən, acizlikdən xilas və azad olmaq hərəkatıdır. Rəbbin razılığı ilə qarşılaşmaq üçün ortaya bir iradə qoymaqdır. Hədəf götürülən nəticə Allahın əxlaqı ilə əxlaqlanmaq, Onun izzəti ilə izzətlənmək, Nuru ilə nurlanmaq, Allahın boyası ilə daha gözəl rənglənmək arzusudur.

Ramazanın rəhmətini həyatın hər anına daşımaq, ilin bütün gününü, hətta bir ömrü ramazanlaşdırmak, həyatı Ramazan ab-havası, həssaslığı ilə keçirmək lazımdır.

Oruc, qorunmaq və rahatlıq tapmamız üçün bizə təklif edilən dəyişmə fürsətidir. Dünyanın çirkinlik və eybəcərliklərindən sağlam və düzgün həyat üçün fürsət... On bir ayın qəflət və ətalətindən uzaqlaşmaq və dincəlmək üçün həyati bir fürsət...

Qovuşduğumuz Ramazan iqlimi və tutmaqda olduğumuz oruc bizi hara aparacaq? Kiminlə görüşdürəcək? Quran və Rəsulullaha yaxın olmaq günlərində biz harada dayanırıq? Kitabla barışıq, Nəbi ilə tanışlıq mövsümündə həyatımızın gedişindən xəbər verə bilərikmi?

Ramazan bölüşməkdir

Bu günlərdə süfrəmizi kimlərə açmağı düşünürük? Hansı qapılara getməyi planlaşdırırıq? Ramazan ayı səfər siyahımızda neçə yoxsulun, kimsəsizin adı var? Evsizlərin, yetimlərin, yoxsulların başını sığallamağa vaxtımız olacaqmı? Əlimiz uzanacaqmı onlara?

Fitrəmizi hansı məhdudiyyət üzərindən hesablamağı düşünürük? Arpa çörəyi yemədiyimiz halda, fitrə zəkatını arpa ilə hesablamaq bizə dahamı səmərəlidir?

Festival, sərgi, təntənə, şənlik və səs-küyü aşıb həqiqətən Ramazana çata bilsək!.. Özümüzlə üzləş bilsək!

Biz nəyin arxasıncayıq? Ramazan keyfiyyətininmi, yoxsa ləzzətinmi? Həqiqətən, hansına əhəmiyyət veririk?

Allah Rəsulu xəbərdarlıq edir:

Şeytanların zəncirini açanlar biz olsaq? Bəs şeytanlaşanlara nə deməliyik? Tutduğumuz oruc bizi özünə çəkmirsə, kimə nə deyə bilərik? Şeytanları alqışlayanlar, hörmət göstərənlər, həm də oruc tutan kimdən savab gözləyirlər?

Oruc tutanlar azdır, yoxsa çox? Bilmirik, ancaq oruca niyyət edib ac qalanlar deyəsən çoxdur!

Özümüzə sual verəcəyikmi?

Ramazan ayının başlanğıcındakı "mən" ilə sonundakı "mən" arasında bir dəyişiklik və inkişaf görə bilirikmi?

Görünən nədir?

Yoxsa ümidlər bir başqa Ramazan ayınadırmı?

FaktXəbər

Məqalədə : Ramazan imsaq iftar 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Nazirlər Kabinetində yeni təyinatlar olub

05

Dekabr
17:49
SİYASƏT
271

Xəzər rayonuna 11,8 milyon manat ayrılıb

05

Dekabr
17:44
NƏQLİYYAT
287

Putin yeni müharibə proqnozu verdi

05

Dekabr
16:57
DÜNYA
468

2020-ci ilin rəngi seçildi

05

Dekabr
16:35
DÜNYA
333

Qaxda bal emalı müəssisəsi açılıb

05

Dekabr
16:13
İQTİSADİYYAT
264

Bakıda maşın iki piyadanı vurub, ölən var

05

Dekabr
15:32
HÜQUQ,HADİSƏ
322

Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb

05

Dekabr
15:30
ELM / TƏHSİL
7387
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


06-12-2019 00:54



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru