Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 May

2019
14:01
AİP Ramazan ayının gəlişi münasibətilə xalqımızı təbrik etdi

Azərbaycan İslam Partiyasının sədr əvəzi Hacı İlham Əliyev Ramazan ayının başlanması münasibətilə xalqımızı təbrik edib.

Qurumun Mətbuat Xidmətindən daxil olan təbrik müraciətində deyilir:

“Əziz həmvətənlərimiz, mömin qardaşlarımız və möminə bacılarımız! Sizi mübarək və bərəkətli Ramazan ayının gəlişi, Allahın bəndələrinə ziyafət ayının başlanması münasibətilə səmimi qəlbdən təbrik edirik. On bir ayın sultanı Ramazan həm də ayların ən məğfirətlisi, seçilmişidir. Allah-Təala məhz bu mübarək ayda bəşəriyyətə Özünün ən böyük hədiyyəsi olan Qurani-Kərimi nazil etdi.

Allahın mərhəmət və bağışlanma ayı olan Ramazanda edilən dualar qəbul olunur, insanların Yaradandan istək və arzuları həyata keçir. Belə ki, İslam Peyğəmbəri (s) mübarək Ramazan ayı ərəfəsində möminlərə söylədiyi xütbələrdən birində bu ayın insanlar üçün əhəmiyyəti barədə belə buyurmuşdur: ”Ey insanlar! Allah-Təalanın bərəkət, mərhəmət və bağışlanma ayı olan Ramazan ayı yaxınlaşır. Allahın nəzərində bu ay ən bərəkətli aydır. Gündüzləri gündüzlərin, gecələri gecələrin ən yaxşısıdır. Bu ayda sizlər Allah-Təalanın verdiyi ziyafətə qonaq edilmiş, Tanrının kəramət və ehtiramına layiq görülmüşsünüz. Bu ayda aldığınız hər nəfəs dua, yuxularınız ibadət hökmündədir. Əməlləriniz Tanrı dərgahında qəbul olunur, Allah dualarınızı müstəcab edir.”

Mübarək Ramazan ayı mənəvi, elmi-fəlsəfi mahiyyət etibarı ilə cəmiyyətin ayrı-ayrı təbəqələri arasında hər cür sosial, yaşayış fərqlərin aradan qaldırılmasının göstəricisi, ruhun və bütövlükdə insan vücudunun təmizlənməsi ayıdır. Ölkəmizdə sosial-ictimai həyatın çətinliklərini yaşayan, ciddi ehtiyac içində olan insanları nəzərə alsaq, əziz Peyğəmbərimizin(s) buyurduğu kimi, bu ayda kasıblara, ehtiyac içərisində yaşayanlara əl tutmağın, kömək etməyin vacibliyini, böyük bir savab əməl olduğunu görərik. Bu, məhz biz müsəlmanlara ibadət edib oruc tutmaqla bərabər vacib bilinib.

Mübarək Ramazan, qeyd olunduğu kimi, paklıq ayıdır. Bu ayın ən gözəl fəzilətlərindən biri insanın öz nəfsi istəkləri ilə mübarizəsi, cihad etməsidir. Məhz insanlar arasında bərabərliyin ən ümdə amili də nəfsi istəklərə qalib gəlməkdir.

Hazırda əziz Ramazan günlərini məhbəsdə qarşılayan və oruc tutan dindar, ruhani qardaşlarımız barədə qondarma, saxta ittihamlar, hökmlər çıxaran səlahiyyət sahiblərinin üzərinə də yüksək ilahi məsuliyyət düşür. Haqsız həbs olunanların azadlıq haqlarının bərpa olunması onların cəzalanmasına rəvac verənlərin Allah tərəfindən bağışlanmasına bir fürsət olacaq. Dua edək ki, siyasi, vicdan məhbusları, ruhani alimlər, xalqını, Vətənini fikir və düşüncələrində daim əziz tutan vətənpərvər insanlar gələn Ramazanı evlərində, ailələrilə birgə keçirsinlər.

Allah-Təaladan bir daha tutacağınız oruc və edəcəyiniz ibadətin qəbul olunmasını diləyirik. Arzu edirik ki, qəlblərinizin iman çırağı bu mübarək ayda daha çox parlasın, Vətənimizin xoş gələcəyi, bütün müsəlman torpaqlarında İslam bayrağının ucalması, doğma Qarabağımızın düşmən tapdağından azad edilməsi üçün edəcəyiniz dualar Allah dərgahında qəbul olunsun.”

Məqalədə : AİP Ramazan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
52787

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
51031

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
52428

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
52115

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
57562

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
51780

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
52156
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-11-2020 19:54





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru