Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
19:19
880
Bu il Azərbaycanda 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi təmir olunub

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi tərəfindən 2019-cu ilin I rübü ərzində uzunluğu 44.4 km respublika və yerli əhəmiyyətli avtomobil yolları, həmçinin 48.4 km Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub. Bundan başqa, 1 yeni körpü tikilib, 5 körpü və 1 yeraltı piyada keçidi isə təmir olunub.

FaktXəbər-in məlumatına görə, bunu Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov qurumun 2019-ci ilin I rübündə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasında deyib.

Sədr əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşundan kəndlərarası və Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarının tikintisi məqsədilə Agentliyə ayrılmış vəsait hesabına 50 layihənin icrası davam etdirilir. Bunlardan 11 layihə Bakı şəhərinin qəsəbələrarası avtomobil yollarına, 39 layihə isə ölkənin kəndlərarası avtomobil yollarına aiddir.

İclas zamanı qeyd olunub ki, daxili investisiya və xarici kreditlər hesabına isə hazırda 5 respublika əhəmiyyətli avtomobil yolu yenidən qurulur, 1 yeni magistral yol inşa edilir, həmçinin 4 magistral avtomobil yolunun müəyyən hissələrinin yenidən qurulması, genişləndirilməsi və bərpası işləri aparılır, Rusiya ilə sərhəddə yerləşən Samur çayı üzərində yeni avtomobil körpüsü inşa edilir.

S.Məmmədov çıxışı zamanı onu da vurğulayıb ki, 2019-cu ilin I rübü ərzində Xəzər rayonu Buzovna-Mərdəkan-Qala avtomobil yolunun 5,4 kilometrlik Mərdəkan-Qala hissəsinin tikintisindən sonra, uzunluğu 20.5 km olan Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə-Beyləqan avtomobil yolunun Prezident İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılış mərasimləri keçirilib. Açılış zamanı tikintisi başa çatdırılmış uzunluğu 39,4 km olan Kəbirli-Eyvazalılar-Birinci Aşıqlı-Əlinəzərli avtomobil yolunun təqdimatı da keçirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Gülümsəyin bəylər...

16

Oktyabr
15:39
ANALİZ
43

Milli Şuraya yenə Lökbatan göstərildi

16

Oktyabr
14:28
ÖLKƏ
215

Sabahın hava proqnozu açıqlanıb

16

Oktyabr
14:24
ÖLKƏ
27

Rusiyada 39 terrorun qarşısı alınıb

16

Oktyabr
14:23
DÜNYA
31

"Azərcell"də problem yarandı

16

Oktyabr
12:59
ÖLKƏ
58

Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır

16

Oktyabr
12:29
ELM / TƏHSİL
34

Azərbaycan qaz ixracını kəskin artırıb

16

Oktyabr
11:29
İQTİSADİYYAT
33
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-10-2019 15:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru