Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

03 May

2019
17:59
1122
Sürücülük vəsiqələrinin verilməsi dayandırıldı

Azərbaycanda yeni sürücülük vəsiqələrinin verilməsində problem yaranıb. Belə ki, vəsiqə üçün aidiyyəti qurumlara müraciət edən şəxslərə sürücülük vəsiqəsi əvəzinə blank formasında arayış verilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda sürücülük vəsiqələrinin alınması ilə bağlı prosedurlara iki qurum nəzarət edir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (ərazi üzrə idarələr) və ASAN xidmət mərkəzləri.

FaktXəbər bildirir kİ, Oxu.az Azərbaycanda sürücülük vəsiqələrinin verilməsinin dayandırılması ilə bağlı problemin səbəbini araşdırmaq üçün yuxarıda sözügedən hər iki quruma müraciət edib.

ASAN Xidmətdən problemin mövcud olduğu təsdiqlənib. Bildirilib ki, vətəndaşlara təqdim olunması üçün respublika üzrə sürücülük vəsiqələri bitib. Verilən blank isə sürücülük vəsiqəsini əvəz edir. Etibarlılıq müddəti bir aydır.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov isə saytımıza açıqlamasında bildirib ki, yaranan problem müvəqqəti texniki xarakter daşıyır:

“Bəzi insanlarda belə bir fikir yaranıb ki, guya bu, yeni sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Bu düzgün deyil. Problem mövcud sürücülük vəsiqələri ilə bağlıdır”. 

DİN rəsmisi əlavə edib ki, müraciət edən şəxslər gələn həftə ərzində vəsiqələrlə təmin olunacaq. 

Qeyd edək ki, bir müddət əvvəl Prezident İlham Əliyev “Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, sürücülük vəsiqələrinin dəyişdirilməsi funksiyası ASAN Xidmətə verilib. Belə ki, lazımi sənədləri Daxili İşlər Nazirliyinin ASAN Xidmət mərkəzlərində fəaliyyət göstərən əməkdaşları tərəfindən hazırlanır və vətəndaşlara təqdim edir. 

Bu funksiyalar ASAN Xidmət mərkəzlərinin olmadığı inzibati ərazi vahidlərində Daxili İşlər Nazirliyinin şəhər, rayon polis orqanları və regional qurumları tərəfindən həyata keçirilir.

Onu da bildirək ki, Daxili İşlər Nazirliyinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Məqalədə : Sürücülük vəsiqə 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
91

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
852

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
79

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
201

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
139
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 19:33



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru