
İsrailin fələstinli uşaqları həbs etmə müddətində ABŞ fondlarından istifadəsinə qarşı qanun layihəsi təqdim edib. FaktXeber.com-un məlumatına görə, qanun layihəsi Minnesota ştatının Nümayəndələr Palatasının demokratlardan olan üzvü Betty McCollum tərəfindən irəli sürülüb.
O, İsrail başda olmaqla, hər hansı bir ölkənin ABŞ-dan aldığı fondları uşaqların həbsə salınmasında istifadəsinin qadağan olunması təklif edib.
Layihədə həmçinin İsrail ordusu tərəfindən həbs olunan uşaqların fiziki və psixoloji müalicəsini və müalicə müddətini izləmək üçü Amerika, İsrail və Fələstinin mülki icmalarına ildə 19 milyon dollar ayrılması fikri də irəli sürülüb.
Sənəddə həmçinin fələstinli uşaqlara qarşı istintaq müddətində haqlarının pozulması və işgəncələrdən də bəhs edilib: "İordaniya çayının qərb sahilində sakin olan 2,9 milyon fələstinlinin 45 faizi həyatı boyu İsrailin işğalı altında yaşamış 18 yaşına çatmayan uşaqlardır. 2000-ci ildən bəri 10 min fələstinli uşaq İsrailin hərbi məhkəmələrində ittiham olunub. İsrailin Konstitusiyasına görə, 12 yaşından aşağı uşaqların cəzalanması qadağan olunsa da, bundan da balaca olan minlərlə uşaq uzun müddət həbs şəraitində sazlanılır".
McCollum qanun layihəsi ilə bağlı verdiyi açıqlamada İsrailin uşaqları hərbi mühakimə sistemini - fələstinli uşaqları və ailələrini qorxutmaq, həmçinin terror etmək üçün layihələnmiş dövlət dəstəkli uşaq istismarı adlandırıb. O, İsrailin uşaqlara qarşı qanun pozuntularını amerikalıların verigiləri ilə maliyyələşdirilməsini çirkin addım adlandırıb.
Qeyd edək ki, aprelin 5-də Fələstinli Uşaqlar Günü ilə əlaqədar Fələstinli Məhbuslar Komitəsi İsrail zindanlarında saxlanılan fələstinli uşaqlarla bağlı hesabat yayıb. Sənədə əsasən hazırda İsrail həbsxanalarında 250 uşaq saxlanılır. Bu uşaqlar müxtəlif cür zorakılıq və təzyiqlərə məruz qalırlar, beynəlxalq hüquq və digər insan haqları prinsiplərilə uşaqlar üçün təsbit olunmuş hər cür hüquqlardan məhrum ediliblər.
Ümumilikdə, rejim 2000-ci ilin sentyabrında başlamış əl-Əqsa intifadasından bəri 10 minə yaxın fələstinli uşağı oğurlayıb və həbs edib. Qeyd edilir ki, yüzlərlə uşaq yetginlik yaşına həbsxanada qədəm qoyublar və onların bir çoxunun həbs müddəti qəsdən artırılıb. Bu uşaqlar əsasən İsrailin Ofer, Maciddo və Damun həbsxanalarında, bir qismi isə digər həbsxana və təcridxanalarda saxlanılır. Onların əksəriyyəti fiziki və psixoloji işgəncələrə məruz qoyulur, ən bəsit hüquqlarına belə əməl olunmur. Həbs edilmiş uşaqların əksəriyyəti gecə radələrində evlərinə edilmiş qəfil basqınlar zamanı tutulublar. Həbsxana və təcridxanalara aparılarkən döyülmə və şiddətli təzyiqlərə məruz qoyulublar.
Bu uşaqlar saxlanıldıqdan sonra dindirilmə zamanı, həmçinin ac və susuz saxlanılaraq etmədikləri əməlləri etiraf etməyə məcbur ediliblər.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 15:05 Noam Çomski: Tramp tarixdəki ən pis cinayətkardır
- 25-06-2020 13:49 Cənubi Yəmən Keçid Şurası İsraili rəsmi olaraq tanıdı
- 25-06-2020 12:35 Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
- 25-06-2020 12:14 İran rəsmisi: İran və Azərbaycan sərhədləri sülh və dostluq sərhədləridir
- 25-06-2020 11:14 Həmas liderindən İslam dünyasına təcili çağırışı
- 23-06-2020 10:16 Dünyada koronavirus infeksiyası hallarının sayı 9 milyonu ötüb
- 19-06-2020 14:21 Dağıstan rəsmilərini lom və dəyənəklə döydülər
- 19-06-2020 11:21 ABŞ-da səhv ucbatından 2 qardaş 24 il həbsdə yatdı
- 19-06-2020 10:37 Tramp NUO barədə gizli sənədlərinin açılması barədə düşünəcəyini vəd etdi
- 19-06-2020 10:15 Nikita Xruşovun oğlu ABŞ-da öldü
- 18-06-2020 16:34 Çin prezidenti Afrikaya koronavirus peyvəndi vəd etdi
- 18-06-2020 14:10 Qazaxıstanın Baş naziri və daha beş nazir koronavirusa görə özünü təcrid edib
- 18-06-2020 13:41 BƏƏ vəliəhdi: İsrailin Fələstin torpaqlarını ilhaq etməsi qanunsuzdur
- 18-06-2020 11:06 Nursultan Nazarbayev koronavirusa yoluxub
- 18-06-2020 10:58 Fələstində 39 yeni koronavirus aşkar edildi
- 18-06-2020 10:45 Tramp keçmiş təhlükəsizlik müşavirini "qəddar axmaq" adlandırıb
- 18-06-2020 10:30 Əfqanıstanda Taliban hücumunda 7 polis öldürüldü
- 17-06-2020 14:08 Kadırov gürcü jurnalistə sui-qəsd barədə xəbərlərə münasibət bildirib
- 17-06-2020 12:35 Putini koronavirusdan belə qoruyurlar
- 17-06-2020 11:35 Hindistanda bir gün ərzində 2 min nəfər koronavirusdan ölüb
- 17-06-2020 11:30 Koronavirusu test etmədən diaqnoz qoymağın üsulu tapıldı
- 17-06-2020 10:55 Hindistan və Çin arasında qarşıdurma yaranıb
- 17-06-2020 09:50 Medvedev: 2020-ci ildə Rusiya üç "iqtisadi sarsıntı" keçirib
- 16-06-2020 17:34 İdlibdə Rusiya-Türkiyə patrul yolunda partlayış baş verib
- 16-06-2020 16:39 Cavad Zərif: "İran, Rusiya və Azərbaycan arasında sammit keçirəcəyik"