Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2019
14:55
2765
Ötən ilin 10 ən populyar smartfonu açıqlanıb

“Counterpoint Research” analitik şirkəti 2018-ci ilin 10 ən populyar smartfonunu açıqlayıb. Reytinqə görə, ötən il ən çox satılan smartfon “Apple iPhone X” modeli olub.

İlk onluğa “iPhone X” ilə yanaşı, daha 5 “Apple” qurğusu daxildir. Bunlar “iPhone 8” (2-ci yer), “iPhone 8 Plus” (3-cü), “iPhone 7” (4-cü), eləcə də “iPhone XS Max” və “iPhone XR” (7 və 8-ci) modelləridir.

Beşinci mövqedə “Xiaomi Redmi 5A”, altıncıda “Samsung Galaxy S9”, doqquzuncuda “Samsung Galaxy S9 Plus”, onuncuda “Samsung Galaxy J6” modelləri qərarlaşıb.

Analitiklərin sözlərinə görə, ötən il satılmış “iPhone XR” və “iPhone XS Max” smartfon modellərinin hər birinin sayı 16 milyon ədədi ötüb. Bundan əlavə, “Apple” qurğularının ümumi satış həcmi 100 milyon ədədi üstələyib.

Analitiklər tərəfindən, həmçinin Çin bazarının ən populyar smartfonları açıqlanıb. Burada “Oppo R15”, “iPhone X”, “Oppo A5”, “A83” və “Vivo X21”, eləcə də “iPhone 8 Plus”, “Oppo A73” və “Vivo Y85” modelləri liderdir.

Göründüyü kimi, Çin sakinləri əsasən “Oppo” və “Vivo” brendlərinə üstünlük versələr də, “Apple” şirkətinin məhsulları diqqətdən kənar qalmır.

Çin onluğuna “Xiaomi Redmi 5 Plus” modeli də daxildir.

Məqalədə : populyar smartfonu 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Keşlə" argentinalı futbolçu aldı

17

İyun
15:20
İDMAN
1192

Xırdalanda qəza yolu bağladı

17

İyun
14:19
HÜQUQ,HADİSƏ
1359

Azərbaycan qazı Avropaya çatdırılıb

17

İyun
14:13
İQTİSADİYYAT
1812

İlon Mask Twitter-ini bağladı

17

İyun
12:31
DÜNYA
1109

Bu il xaricə 3 milyon 689 min dollarlıq çay SATIB

17

İyun
12:24
İQTİSADİYYAT
1458

Ağstafadakı gülləbarana dair RƏSMİ AÇIQLAMA

17

İyun
12:05
HÜQUQ,HADİSƏ
1193

Rəqibini yıxaraq çempion etdi - VİDEO

17

İyun
11:33
İDMAN
1803
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-06-2019 22:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru