Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 May

2019
12:22
698
İndoneziyada səsləri sayarkən ölən MSK üzvlərinin sayı 318 nəfər oldu-VİDEO

İndoneziyada aprelin 17-də seçkilər keçirildi. Həmin vaxtdan 2 həftə keçməsinə baxmayaraq, bu gün seçkinin nəticələrindən çox, seçicilərin səslərini sayan işçilərin ölməsi barədə danışılır. Belə ki, seçkilərdən  bu tərəfə 318 işçi həyatını itirib, 2232 nəfər isə xəstəxnaya yerləşdirilib.

Eyni anda keçirilən 3 seçkinin səs saylarının hesablanması hələ də başa çatmayıb. Qeyd edək ki, 260 milyon  əhalisi olan ölkədə qənaət üçün ilk dəfə prezident, Parlament və bələdiyyə seçkiləri eyni vaxtda keçirilib. Seçkilərdə 193 milyon seçicinin təqribən 80 faizi iştirak edib.

Hər seçici 5 seçki bülleteni doldurmalı idi. Şərqdən qərbə 5 min km-dən çox uzunluğa malik ölkədə 8 saata bu qədər səsin verilməsi və ardınca  səs bülletenlərinin əllə sayılması MSK üzvlərinin ölümcül yorğunluğuna gətirib.

245 min namizədin iştirak etdiyi seçkilərdə 7 milyon MSK üzvü iştirak edib. Maliyyə Nazirliyi seçkilərlə bağlı  həyatını itirən işçilərin ailələrinə təzminat ödəməyə hazırlaşır. MSK üzvlərinin günü-gündən artan ölümləri ilə əqaləradan Seçki Komissiyası düzgün vəzifə bölgüsü aparmamaqda ittiham edilir.

Qeyd edək ki, ölüm sayının artacağı istisna edilmir. Çünki seçkinin nəticələri mayın 22-də açıqlanacaq.

Səslərin sayılması davam edir.

Məqalədə : İndoneziya seçki 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
232

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
275

Bakı Dövlət Sirki köçür?

18

Oktyabr
15:33
ÖLKƏ
80

Modul tipli məktəblərin sayı artırılır

18

Oktyabr
14:34
ELM / TƏHSİL
121

Hesablama Palatasına auditor təyin ediləcək

18

Oktyabr
14:30
İQTİSADİYYAT
42

Kataloniyada ümumxalq tətil başlayıb

18

Oktyabr
12:51
DÜNYA
40
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-10-2019 10:58



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru