Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 May

2019
15:20
494
Səfirliklər `İçərişəhər`dən köçürülsün, avtomobillərin girişi məhdudlaşdırılsın - TƏKLİF

“İçərişəhərin tarixi abidə kimi qorunması üçün həmin əraziyə avtomobillərin girişinə də məhdudiyyət qoymaq lazımdır”.

Bu barədə nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov danışıb. O qeyd edib ki, bununla bərabər, İçərişəhərdəki iş yerlərinin, ofislərin də ləğv edilməsi müzakirə edilməlidir:

“Bildiyim qədərilə, İçərişəhər ərazisinə orada yaşayanların və çalışan vətəndaşların avtomobilləri ödənişli formada buraxılır. Əslində İçərişəhər çox da böyük ərazi deyil. Oraya avtomobillərin daxil olmasına ehtiyac yoxdur. Üstəlik iri avtomobillər daxil olduqda, dar küçələrdə manevr edə bilmirlər. Ona görə, şəxsi avtomobillərin İçərişəhərə daxil olmasını düzgün hesab etmirəm.

Vacib maşınların, yanğınsöndürən, təcili tibbi yardım, nisbətən kiçik həcmli yük avbtomobillərinin müvəqqəti girişi üçün mexanizm yaradıla bilər. Bu avtomobillər də irihəcmli olmamalıdır. Çünki həm avtomobilin manevr etməsi çətin olacaq, həm də İçərişəhərin tarixi əhəmiyyətli daş döşəmələrini  zədələyə bilər”.

Ə. Hüseynov deyib ki, diqqət etsək, avtomobillərin əksəriyyətinin səfirliklərə, xarici ölkələrin İçərişəhərdə yerləşən nümayəndəliklərinə aid olduğunu görərik:

“Nə ehtiyac var ki, səfirliklərin ofisləri İçərişəhərdə yerləşdirilib? Yenə deyirəm, bu ərazidə ofislərin açılmasına ehtiyac yoxdur. Yaxşı olar ki, İçərişəhəri tam avtomobilsiz məkana çevirsinlər. Turistlərin gəzintisi üçünsə kiçik elektrik avtomobilləri istifadə oluna bilər”. 

İçərişəhərin ətrafında parketmə yerlərinin yaradılmasına gəlincə, ekspert bunun çətin olmasına da diqqət çəkib:

“İçərişəhərin ətrafı da tarixi əhəmiyyətli küçə və prospektlər, binalarla zəngindir. Ona görə, həmin ətrafda yeni parkinq yerləri yaratmaq çətindir. Amma yenə də avtomobillərin saxlanması üçün uyğun yerlər var. Məkəzi Univermağın yanında çoxmərtəbəli parklanma yeri tikilib. Fəvvarələr Meydanının arxa hissəsində özəl parklanma yeri salınıb. Dövlət İdarəçilik Akademiyasının qarşısında da məhdud da olsa avtomobillərin saxlanması üçün şərait var.

İçərişəhər metro stansiyası da İçərişəhərin az qala içərisindədir. Ətrafda avtomobilləri saxlayanda da İçərişəhərə piyada rahat daxil olmaq mümkündür. Ona görə, İçərişəhəri avtomobilsiz məkana çevirmək haqqında düşünmək olar”. (modern.az)

Məqalədə : İçərişəhər 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Dinimizin kamil olduğu gün - Qədir-Xum Bayramı

19

Avqust
18:43
MƏNƏVİYYAT
70

Günün qarşılaşmaları TV AFİŞA

19

Avqust
16:31
İDMAN
842

Vilayət Eyvazov yeni polis rəisi təyin edib

19

Avqust
16:23
HÜQUQ,HADİSƏ
70

Azərbaycanda nə qədər pensiyaçı var?

19

Avqust
15:07
ÖLKƏ
189

Sabah Bakıda 37 dərəcə isti olacaq

19

Avqust
12:34
ÖLKƏ
129
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-08-2019 18:52



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru